Bakı metrosuna yeni vaqonlar tədarük olunacaq - Rusiyadan
Rusiyanın "Metrovaqonmaş” şirkəti ilə "Bakı Metropoliteni” QSC arasında 81-765.B/766.B modelli 30 metro vaqonunun tədarükü barədə müqavilə imzalanıb.
Trend-in məlumatına görə, müqaviləyə əsasən 2019-ci ilin sonunadək Bakı metrosu üçün 6 qatar tikiləcək.
Müqaviləni "Metrovaqonmaş”ın baş direktoru Boris Boqatıryov və "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov imzalayıb.
İlk vaqonların bu ilin ikinci rübündə tədarük olunması planlaşdırılır.
Yeni model vaqonlar qapıların açılıb-bağlanması zamanı yeni işıqlandırıcı xəbərdarlıq sisteminə malikdir. Bundan başqa vaqonlar güclü isti və səs izolyasiya sistemi, ventilyasiya ilə təchiz edilib.
Digər Xəbərlər
03 May 2024 10:00
Azərbaycan və Türkiyəni birləşdirən 3 may ideyaları: Türkçülük - Turançılıq
02 May 2024 23:34Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31