Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib
Hesablama Palatası "Bakı Metropoliteni" QSC-də həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.
Adalet.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, səhmdar cəmiyyəti dövlət büdcəsindən ayrılan subsidiyadan təyinatı üzrə istifadə etməyib.
Belə ki, sərnişindaşıma xidmətlərindən yaranan zərərin qarşılanması üçün nəzərdə tutulmuş subsidiyalar əmək haqqı, icbari sosial ayırmalar və kommunal xərclərə yönəldilib.
Bundan əlavə, audit nəticələrinə əsasən, metropolitenin əsas fəaliyyət üzrə gəlirləri xərcləri 13,5 milyon manat üstələsə də, dövlət subsidiyalarının bir hissəsinin investisiya xərclərinə (əsaslı təmir və tikinti) yönəldilməsi maliyyə idarəçiliyində ziddiyyətlərə səbəb olub.
Palata müәyyәn olunmuş nöqsanlarla bağlı metroya bir sıra tövsiyyələr verib.
Digər Xəbərlər
22 Sentyabr 2026 23:11
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
22 Sentyabr 2026 22:15
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı - YENİLƏNİB
22 Sentyabr 2026 20:43
Bugünkü müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar - FOTOLAR
22 Sentyabr 2026 19:23
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - VİDEO
22 Sentyabr 2026 17:50
"İçərişəhər"də yeni qatarların sayı niyə azdır?
22 Sentyabr 2026 17:42
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
22 Sentyabr 2026 17:38
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
22 Sentyabr 2026 17:24


Bakı -°C

