Bakı metropoliteni xətlərində daha 15 yeni vaqon istismara buraxıldı
Bakı Metropoliteni xidmət keyfiyyəti və sərnişin məmnuniyyətini artırmaq məqsədilə müasir qatar parkını genişləndirməkdə davam edir.
Adalet.az xəbər verir ki, ən yeni texnologiyalar əsasında hazırlanmış sonuncu - dördüncü nəslə mənsub daha 3 qatar - 15 vaqon metropoliten xətlərində istismara buraxılıb.
Bakı Metropoliteninin texniki tələbləri nəzərə alınmaqla hazırlanmış yeni vaqonların müasir mikroiqlim sistemi (kondisioner) ilə təchiz edilməsi, vaqonlararası birbaşa keçidlə sərnişin tutumunun 15 faiz artırılması, qapıların daha enli olması, açılıb-bağlanan zaman işıqlı xəbərdarlıq indikatorları ilə təmin olunması sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən əsas üstünlüklərdir.
Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər və uşaq arabaları üçün sahələr mövcuddur. Metrodan istifadənin hər kəsə əlçatan olması nəzərə alınaraq baş vaqonlar əlil arabalarının yerləşdirilməsi üçün xüsusi yerlərlə təmin edilib.
Yeni qatarların baş vaqonları 38, orta vaqonlarının hər biri 44 oturacaqlıdır. Baş vaqonda ümumilikdə sərnişin tutumu 315, orta vaqonlarda isə 329 nəfərdir.
Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri, həmçinin sərnişinlərin elektron qurğuları doldurması üçün USB yuvacıqlar mövcuddur.
Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri var ki, bu, maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə və ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir.
İşıqdiodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyyatını 50 faiz azaltmaqla istismar müddətini 75 faiz artırır.
Yeni qatarlar xəttə bu il istismar müddəti başa çatan əvvəlki nəsil vaqonların əvəzinə verilib.
Qeyd edək ki, hazırda sazlama və komplektləşdirmə işləri aparılan daha 15 vaqon 2025-ci ilin sonunadək xətlərə buraxılacaq. Bununla da Bakı metropolitenində yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq.
Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək, ümumilkdə 299 yeni nəsil vaqon alınması nəzərdə tutulur.
Digər Xəbərlər
07 Noyabr 2025 12:54
Təqaüdçülərə, şagird və tələbələrə ictimai nəqliyyatda güzəşt məsələsi Milli Məclisdə qaldırıldı
07 Noyabr 2025 12:28
Sahil Babayev: Əhalinin rifahı ana prinsipdir
07 Noyabr 2025 11:56
“Televiziyalarımızın ekranlarından geylər bizə "əxlaq" dərsi keçir...”
07 Noyabr 2025 11:07
Milli Məclisdə büdcə müzakirələri davam edir
07 Noyabr 2025 10:22
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində bu tarixlərdə iş olmayacaq
07 Noyabr 2025 10:20
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
07 Noyabr 2025 10:11
DYP bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
06 Noyabr 2025 15:04


Bakı -°C

