“Bakı Metropoliteni” koronavirusla mübarizəyə vəsait ayırdı
"Bakı Metropoliteni” QSC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Bakı Metropoliteni” QSC işçilərin əməkhaqqından 100 min manat məbləğində vəsait köçürüb.
"Bakı Metropoliteni” QSC-nin kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna hazırda fiziki və hüquqi şəxslər, habelə müxtəlif təşkilatlar tərəfindən könüllü ianələr edilir.
Digər Xəbərlər
02 May 2024 23:34
Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09