adalet.az header logo
  • Bakı -°C
13 Avqust 2026 11:28
71
GÜNDƏM
A- A+

Bakı Metropoliteni 200-ə qədər vaqon alacaq

"Bakı Metropoliteni 2030-cu ilədək Bənövşəyi xətt üçün 200-ə yaxın yeni vaqon almağı planlaşdırır".

Adalet.az xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Namiq Yusubov deyib. O bildirib ki, yeni hərəkət tərkiblərinin alınması yalnız Bənövşəyi xəttlə məhdudlaşmayacaq:

"Hazırda Bakı Metropolitenində 71 qatar tərkibi mövcuddur. Bənövşəyi xətdə köhnə qatar tərkibləri istismar olunur. 2030-cu ilədək həmin xətt üzrə 200-ə yaxın vaqonun alınması nəzərdə tutulub. Qırmızı və Yaşıl xətlərdə qatarlararası intervalın azaldılması üçün həyata keçirilən infrastruktur layihələri başa çatdıqca bu xətlər üçün də əlavə qatarların alınması nəzərdə tutulur".