Bayram Beqay İlham Əliyevə zəng etdi
Avqustun 12-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Adalet.az xəbər verir ki, Bayram Beqay Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, həmçinin ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin və digər sənədlərin imzalanması ilə bağlı dövlətimizin başçısını təbrik edib.
O, bu prosesdə nümayiş etdirdiyi əzmə və liderliyə görə Azərbaycan Prezidentinin rolunu xüsusi vurğulayıb. Eyni zamanda, Bayram Beqay ABŞ Prezidentinin prosesə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı regionda sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin də məhz Azərbaycan olduğunu vurğulayıb, Vaşinqtonda keçirilmiş görüş əsnasında qəbul edilmiş sənədlərin sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxunub. Prezident İlham Əliyev bu prosesə göstərdiyi dəstəyə görə ABŞ Prezidentinin rolunu qeyd edib.
Telefon söhbəti zamanı Azərbaycanın ilə Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

