adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Noyabr 2019 15:57
60076
MƏDƏNİYYƏT

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

Noyabrın 6-da BeynəlxalqMuğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəliaçılış mərasimi keçiriləcək. "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinintəsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AzərbaycanRespublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutur.

Festivala həmçininAzərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi də dəstək göstərir.

10-cu açılışınıedən kinoforuma bu il 79 ölkədən (Fransa, İtaliya, Almaniya, Belçika, Türkiyə,İran, Rusiya, Gürcüstan, Özbəkistan, Polşa, Misir, Əfqanıstan, Ruminiya,Suriya, İspaniya, Portuqaliya, Avstraliya, Kanada, Bolqarıstan, Hindistan,Çexiya, ABŞ, İngiltərə, İsveçrə, İsveç və digələri) 3484 qısametrajlı filmtəqdim edilib. "Cinemobil” də daxil olmaqla festivalın Yerli proqramına 84ekran işi göndərilib. İlk dəfədir ki, bu qədər qısametrajlı filmi özündə cəlbedən festivalda seçim prosesi xüsusi diqqətdə saxlanılıb, komissiyanınüzvlərinin sayı artırılıb.

8 nəfərdənibarət Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqəbölmələrində 21 ölkədən 48 film yarışacaq. Beynəlxalq müsabiqədə 29, Yerlimüsabiqədə 19 film "Qızıl nar” uğrunda mübarizə aparacaq.

Beynəlxalq müsabiqənin qaliblərini bir çox kinomükafatlarına layiq görülən kino və teatr rejissoru, ssenarist İlqar Safat(Azərbaycan), 65-ci Kann kinofestivalının "Qızıl palma” mükafatçısıkinorejissor Rezan Yaşılbaş (Türkiyə), 60-dan xarici festivallarda mükafatlaralayiq görülən Kərim Əzimi (İran), CineDOC-Tbilisi Beynəlxalq Sənədli FilmFestivalının direktoru Artçil Xetaquri (Gürcüstan) və əməkdar incəsənət xadimiBəhram Bağırzadədən (Azərbaycan) ibarət Beynəlxalq münsiflər heyəti seçəcək.Qaliblər "Ən yaxşı bədii film”, "Ən yaxşı sənədli film”, "Ən yaxşı animasiyafilmi”, "Ən yaxşı bədii film rejissoru, "Ən yaxşı sənədli film rejissoru”, "Ənyaxşı animasiya film rejissoru” nominasiyaları üzrə mükafatlandırılacaqlar.

Yerli müsabiqədə "Qızıl nar" mükafatıuğrunda mübarizə aparacaq filmləri yerli mütəxəssislərdən ibarət münsiflərheyəti – xalq artisti Vidadi Həsənov, əməkdar artist Gülzar Qurbanova, DokuBakuFilm Festivalının direktoru, rejissor İmam Həsənov müəyyənləşdirəcək. Qaliblər"Ən yaxşı bədii film”, "Ən yaxşı sənədli film”, "Ən yaxşı animasiya filmi”, "Ənyaxşı sosial çarx”, "Ən yaxşı rejissor”, "Ən yaxşı ssenari” nominasiyaları üzrəseçiləcək.

Kinoforum çərçivəsində CineDOC-Tbilisi BeynəlxalqSənədli Film Festivalının təqdimatında sənədli filmlər nümayiş olunacaq, ustaddərsləri, müzakirələr keçiriləcək.

Həmçinin qeyd edək ki, Festival bundan əvvəlkiillərdə "Start" Beynəlxalq Qısa Filmlər Festivalı adı altında baştutub. Beynəlxalq status daşıyan Festival 35 yaşına kimi olan rejissorlarınmaksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişinitəşkil edir. Bu illər ərzində miqyasını xeyli genişləndirməyi bacaran kinoforumyerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yenitendensiyalarla tanış edir, yaradıcılıq müzakirələri üçün peşəkar ortamyaradır.

Filmlər 6,7,8,9 noyabr tarixlərində saat 11:00-dan16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.

Festivalın açılışmərasimi 6 noyabr saat 18:30-da, bağlanış- mükafatlandırma mərasimi isə 9noyabr saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

İnformasiya dəstəyi: Trend.az, Milli.az, Day.az,Azernews.az, Teleqraf.com