"Bakcell" və Visa tərəfdaşlığa başlayır
İnnovasiya lideri "Bakcell" rəqəmsal ödənişlər üzrə qlobal lider olan Visa ilə tərəfdaşlığa başlayır. Bu əməkdaşlıq çərçivəsində "Bakcell" abunəçilərinə xüsusi üstünlüklər, daha rahat rəqəmsal ödəniş imkanı və yeni innovativ həllər təqdim ediləcək.
Adalet.az xəbər verir ki, tərəfdaşlığın ilk addımı olaraq "Bakcell" və Visa abunəçilər üçün xüsusi kampaniyaya start verib. Kampaniya ərzində abunəçilər Bakcell tətbiqi üzərindən, Visa kartı ilə, Apple Pay və Google Pay vasitəsilə minimum 5 AZN balans artırdıqda bonus internet hədiyyəsi qazanacaqlar. Təqdim olunan bonus internet həcmi artırılan məbləğə uyğun olaraq, 5 AZN - 9.99 AZN – 1 GB; 10 AZN - 14.99 AZN – 2 GB; 15 AZN və yuxarı – 5 GB kimi formalaşır. Əldə edilən bonuslar bir həftə müddətində aktiv qalır.
"Bakcell" innovasiya və süni intellekt əsaslı həlləri ilə Azərbaycanın rəqəmsal gələcəyinə, dayanıqlı inkişafına töhfə verməyə davam edir.
Kampaniya haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
10 Oktyabr 2026 10:15
Ağıllı eynəkləri qadağan edirlər
07 Oktyabr 2026 12:51
“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq
06 Oktyabr 2026 16:06
Azercell-in baş icraçı direktoru DCO-nun Baş katibi ilə görüşdü
03 Oktyabr 2026 17:58
Robotların sayı 5 milyonu keçdi
01 Oktyabr 2026 11:14
“Ağ Evdə "süni intellekt" zirvəsi və tarixi səhv”
01 Oktyabr 2026 10:48
“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
30 Sentyabr 2026 17:45
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
28 Sentyabr 2026 23:31


Bakı -°C

