adalet.az header logo
  • Bakı -°C
26 Noyabr 2025 10:53
35
GÜNDƏM
A- A+

"Bağışla, qoruya bilmədim səni" - Vəkildən təsirli paylaşım

Noyabrın 21-i Yasamaldakı çoxmərtəbəli yaşayış binasındakı yanğında həlak olan 7 yaşlı Arzu Qəmbərlinin atası, vəkil Əli Qəmbərov sosial şəbəkə hesabında paylaşım edib. 

Adalet.az xəbər verir ki, “TikTok” hesabında qızı ilə birlikdə fotosunu paylaşan vəkil bu sözləri yazıb:

“Balam, sən göylərə qovuşdun. Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəyəm. Bağışla, qoruya bilmədim səni...”

Qeyd edək ki, paytaxtdakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər həlak olub, 25 nəfər isə tüstüdən zəhərlənib.