Bakıda arvadını bıçaqlayan şəxs Çində saxlanıldı
Bu il noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.
Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.
Digər Xəbərlər
26 Noyabr 2025 11:23
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
26 Noyabr 2025 10:29
Naxçıvanda işə düzəltmək adı ilə 50 min manatlıq dələduzluq etdilər
25 Noyabr 2025 16:41
Kiberpolis onlayn qumar və kazino oyunları təşkil edənləri saxladı - VİDEO
25 Noyabr 2025 16:39


Bakı -°C

