adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Mart 2019 10:12
24399
MARAQLI

Bağdad ən stressli şəhərdi

"PRNet” media monitorinqi və hesabat agentliyi tərəfindən dünyanın ən stressli şəhərləri ilə bağlı aparılan araşdırmanın nəticəsi açıqlanıb. İstanbulun 30-cu sırada yer aldığı siyahıda Bağdadın ən stressli şəhər olduğu aşkarlanıb.

Adalet.az xəbər verir ki, araşdırma 2018-ci ildə 146 ölkənin media təhlilləri əsasında aparılıb. Tədqiqatdan bəlli olub ki, 2018-ci ildə mediada "İstanbul və stress” kəlmələrinin bir yerdə işlədildiyi 911 min xəbər yayımlanıb.

Bu siyahıda ilk beşlikdəki digər şəhərlər isə Kabil, Loqos, Dakar və Qahirədir.