adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Aprel 2020 07:00
48829
ŞOU-BİZNES

Bacısı tərəfində həyatı alt-üst olan Nəşə -Karaböcək ömrü

Türkiyəli məşhur müğənni və "Yaşıl Cam”ın sevilənaktrisası Nəşə Karaböcəyin doğum günüdür. Hazırda 73 yaşını geridə qoyan, əsl adı NəşəcanGöktürk olan sənətçi 1 aprel 1947-ci ildə İstanbulda dünyaya gəlib. Atası əslən bolqar kökənli olub. Baş muhasib işləyənHüseyin Orhan Göktürk, həyat yoldaşı, Nəşənin anası isə evdar qadın Arifə Göktürkdür. Tezcan,Saniyə Güldən (Güldən Karaböcək) və Gülcan adında üç bacısı, Tanər adında bir qardaşıolub.

Atası Hüseyn Orhan bəy DövlətDemiryollarındaki məsul vəzifəsilə bağlı 1950-ci ildə Ankaraya köcürlər. Nəşə Karaböcək3 yaşındaykən, Ankara Dövlət Teatrında Kiçik Teatr şöbəsi işə başlayır. İstedadlı uşaqların həmin şöbəyə cəlb edilməsiilə bağlı elanlar hər tərəfə yayılır. Hələ yazmaq və oxumaq bilməyən balaca Nəşəmüsabiqəni qazanır. 3 yaş yarımlıq olarkən "Yıldız Ece" və "KaraBöcek" tamaşalarında rol alır. Məhz "Kara Böcek"tamaşasındakıKara Böcək rolundan sonra hamı onu bu adla cağırır. O vaxt təsadüf nəticəsindəTürkiyənin prezidenti İsmət İnönü onunla bir tamaşada görüşürkən də ona KaraBöcək deyə müraciət edir və elə o vaxtdan da Nəşə xanımın soyadı Karaböcək olaraqsənədləşir.

Daha sonra Dövlət Opera Teatrındaişə alınır. Soprano olaraq yetiştirilir. Carmen, La Bohem operalarında, P.İ.Çaykovskinin" Sonalar gölü'ndə yaşına uyğun rollar alır. Bütün bunlar o hələ orta məktəbə getməmişdən başlamışdı. Beləcə, durmadan sənət pillələrində irəliləyir. Böyüdükcə ailəsinintəsiri ilə səhnəyə daha cox bağlanır.Operanı bıraxsada, konservatoriya vesahnə həyatına davam edir. Nəinki bütün Türkiyəni , həmdə Türkiyənin sərhədlərindənkənarda da hər kəsi özünə heyran edir. Yüzlərcə mükafatların , diplomların,titulların sahibinə cevrilir. Həm də sevir, sevilir. İlk dəfə 1964-cü ildə "Elenor” Plastinka Şirkətininsahibi Atilla Alpsakarya ailə qurur, Onların Alper adlı bir oğul övladlarıolur. Amma 1974-cü ildə bu ailəlik qəflətən sona catır. O vaxt Nəşə Karaböcəyin özündən kicik və gözəl bacısıSaniyə Güldənin adı bu evliliyin bitməsində əsas səbəb kimi dillərə düşür. Nəşənintəkidi ilə ata-anası da Güldəndən imtina edir. Nəşə xanım boşanmadan 4-5 aysonra jurnalist Tevfik Yener ilə ailə qurur. Həsən adında bir oğlu da olur. (Təəssüfki, Həsən ötən il 44 yaşında dünyasını dəyişdi)



Aradan 46 il kecməsinə baxmayaraq ifaçı eks-həyatyoldaşının bacısı Gülden Karaböcək ilə evlənməsindən sonra onlarıbağışlamadığını hər fürsətdə bildirir. Məsələn, onun 2 il əvvəl verdiyiacıqlamada bu sözlər yer alıb:

"Biz AtillaAlpsakarya ilə 1964-cü evləndik. Bir oğlumuz dünyaya gəldi, sonradan münasibətlərimizsoyumağa başladı və 1974-cü ildə boşandıq. O, məndən boşanan il bacım Güldənləailə həyatı qurdu. Ancaq onların da evliliyi uzun çəkmədi, 9 il sonra, 1983-cüildə boşandılar. Güldənlə 44 ildir danışmıram. Heç vaxt "mənibağışla" demədi və peşmançılığını dilə gətirmədi. Anamın dəfnindəqarşılaşdıq. Heç nə olmamış kimi söhbət etdik. Sonra da ayrıldıq. BağışlamaqAllaha məxsusdur, ancaq mən qəbul edə bilmirəm. Üzünə belə baxmıram vəbaxmayacam".

Onu da bildirək ki, NəşəKaraböcəyin boşandığı il bacısı Güldən müğənnilik etmək istəyirdi. Ancaq Nəşəona dəstək olmaq yerinə, hər vəchlə qarşını kəsirdi. Ailəsini də öz fikri ilərazı salan Neşe, 18 yaşına çatmayan bacısının İstanbulda tək yaşamasına səbəbolur. Bütün ailəsi ondan üz çevirir. Bu illərdə isə Nəşə Karaböcək adını özmusiqi şirkətindən itirən Atilla Alpsakarya baldızına kömək əlini uzadır.Gülden isə ona tərəf uzanan bu əlin gələcəkdə bacısının və onun həyatındaqaranlıq olacağından xəbərsiz olur. Atillanın məqsədi isə "Karaböcək"soyadını yenidən musiqi sektoruna qazandırmaq və gəlir əldə etmək idi. AncaqGüldənin soyadı Göktürk idi, ona görə də Atilla onunla həmin ili evlənərək onaKaraböcək soyadını qazandırır. Sonrakı müsahibələrində Güldən "Onunla evləndikdənsonra adım çıxmışdı və kirlənmişdim. Evlilik mənim üçün məcburiyyət idi. Onu heçvaxt həyat yoldaşı, sevgili kimi görmədim. Həyat məni bu vəziyyətə saldı"deyərək peşmançılığını dilə gətirmişdi.

Qeyd edək ki, GüldənKaraböcəyi türklər "Ailə dağıdan qadın" kimi qəbul edirlər.

Beləcə, bir türk Divasının da həyat hekayəsinisizə catdırmış olduq. Yeni yaşın qutlu olsun, Diva!

Əntiqə Rəşid