AzMİU-da 27 sentyabr – Anım Günü şəhid ailələri və qazilərlə birgə qeyd olundu - FOTOLAR
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar tədbir keçirilib. AzMİU-nun şəhid məzun və tələbələrinin xatirəsinə ehtiram olaraq yaradılan Memorial-Xatirə Kompleksinin qarşısında keçirilən tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı, şəhid ailələri və qazilər də iştirak edib.
Adalet.az xəbər verir ki, açılışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən danışıb. Rektor bildirib ki, 30 illik işğala son qoyan parlaq qələbəmiz dövlətimizin, xalqımızın gücünü bütün dünyaya göstərdi. Professor Gülçöhrə Məmmədova qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin ruhu qarşısında baş əydiyini, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.
AzMİU-nun magistratura səviyyəsində təhsil alan tələbəsi Fariz Əzizov çıxışında keçdiyi döyüş yollarından danışıb və həmin dövürdə Azərbaycan Ordusunun döyüş əzminə, əsgərlərimizin düşməni lərzəyə salan milli ruhuna diqqət çəkib.
AzMİU-nun şəhid məzunu Rauf İbadovun atası Məhərrəm İbadov oğlunun xatirələrindən danışaraq onun milli-vətənpərvər məsələlərə həssaslığından söz açıb. Məhərrəm İbadov bildirib ki, Azərbaycan Ordusunun general-mayoru, Milli Qəhrəman Polad Həşimov şəhid olarkən Rauf dərin sarsıntılar keçirib və anasına nəyin bahasına olursa-olsun işğala son qoymaq zamanının yetişdiyini deyib.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov isə AzMİU tələbələrinin “dəmir yumruq” ətrafında sıx birləşdiklərini, Vətənin müdafiəsinə daim hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar AzMİU-da ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

