adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Iyun 2020 10:14
42996
LAYİHƏ

AZIX - TARİXİMİZİN İLK ÜNVANI

Azərbaycan tarixi özününsivilizasiyaların başlanğıcından bu gün qədər keçdiyi yolun önəmli bir hissəsinitəşkil edir. Yəni bizim özümüzə məxsusolan tariximiz böyük dünyanın, böyük sivilizasiyanın bir hissəsi olmaqlayanaşı, o həm də özümüzəməxsus çalarlarla zəngindir. Üstəlik, busivilizasiyanın, bu tarixin dünya tarixinə diktəsi də, olan təsir gücü dədanılmazdı. Ən azından böyük dünyanın tarixini vərəqləyəndə təkcə insanlarınyerdəyişmələri, kökləri yox, həm də onların izləri, bu izləri özündə ifadə edənmaddi mədəniyyət nümunələri araşdırma mövzusu olur. Nəticədə böyük köçün hər bir anında müxtəlif millətlərin,xalqların izi görünür. Bu da ondan xəbər verir ki, bütövlükdə insan cəmiyyətiözünün ilk anından, yəni başlanğıc nöqtəsindən bu günə qədər bir-birindən bu vəya digər formada nüfuz edə bilir.

Tariximizin ən qədim dövrləri təkcətarix kitablarında yox, həm də abidələrimizdə, maddi-mənəvi dəyərlərimizdə öz əksinitapır. Bax, bu mənada Azərbaycan tarixini dünya alimlərinin diqqət mərkəzinə gətiribçıxaran bir səbəb də bu torpağın, bu coğrafi ərazinin qəldimliyidi. Həmin qədimliyidə sübut edən arxeoloji qazıntıların araya-ərsəyə gətirdiyi maddi mədəniyyətnümunələri, mağaralar, qədim qalalar, kurqanlar, eləcə də qədim şəhərlərinqalıqlarıdı.

Zaman-zaman aparılan təhqiqatişləri, xüsusilə arxeoloqların israrlı axtarışları Azərbaycan tarixinə öz töhfəsiniverə bilib. Bax, bu mənada, bu prizmadan məsələyə baxanda onda aydın olur ki,dünyanın ən qədim insan məskənlərindən biriolan Azərbaycanda Azıx mağarası öz qədimliyi ilə yanaşı, həm də oradantapılan müxtəlif əşyalar, eləcə də insan çənəsi birmənalı şəkildə ölkəmizindünya tarixinə, eləcə də öz tariximizə həmqədimlik baxımdan, həm də inkişaf baxımdan tutarlı mənbə olmuşdur.

Fikrimi bir az da dəqiqləşdirsəm,onda məlum olar ki, "Azıx adamı" əslində bu torpaqda ən qədim insanınyaşının 400 min il bundan əvvələ aparıb çıxarır.

Azıx mağarası Qarabağın dağlıqbölgəsində, Xocəvənd rayonu ərazisindəQuruçay sahilində yerləşir. Oxucuların diqqətinə çatdıraq ki, Sovet dönəmindəkeçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun ərazisi sayılan Azıxvə Tağ kəndlərinin arasında yerləşən yüksək dağlıq ərazinin olduğu bir yerdətapılan Azıx mağarası Füzuli rayonundan 15 km bir məsafədədir. Bu mağara kənardano qədər də diqqəti çəkməsə də, amma onun içərisinə daxil olanda burdakı qeyri-adilik və mağaranın həmgenişliyi, həm dərinliyi insanı heyrətə salır.

Yeri gəlmişkən, xatırladım ki,mağara coğrafi baxımdan ölkəmizin cənub qərbindəki Kiçik Qafqaz sıra dağlarınıncənub-şərq yamacında, bir az da konkretləşdirsəm, Quruçay çayının sol sahilindəyerləşir. Bu mağara ilk dəfə 1960-cı ildə Azərbaycanın çox böyükarxeoloqlarından biri professor Məhəmmədəli Hüseynov tərəfindən kəşf edilibdi.Doğrudur, mən həmin ərazidə, yəni Tuğ kəndində doğulduğumdan mağaranın yerlisakinlər tərəfindən hələ öncədən bəlli olduğunu bilirəm. Lakin məhz MəhəmmədəliHüseynovun həmin mağarada qazıntılara başladığı dövrdən sonra buraya öncə ölkətarixçilərinin, sonra dünya alimlərinin marağı artdı. Bir kənd sakini olaraq həminmağarada qazıntıların aparılması prosesini izləmiş və qazılan torpağın artıq hissəsinin mağaradanbayıra daşınmasında iştirak etmiş birisi kimi bu gün də həmin məqamları olduğukimi xatırlayıram. Və rəhmətlik professorumuz Məhəmmədəli Hüseynovun qazıntılarzamanı tapılan hər bir əşya üçün, hər bir nümunə üçün az qala uşaq kimi sevinirvə qürur hissi keçirirdi. Biz bütün bunların nəyi ifadə etdiyini, hansı anlamıverdiyini təbii ki, o vaxtlar bir o qədər də başa düşmürdük. Sonra zaman Azıx mağarasının kəşfinin nə deməkolduğunu bizə anlatdı.

Onda öyrəndik ki, dünyacoğrafiyasında 4-cü pillədə dayanan bu tapıntı həm də həmin mağarada 700 min ilbundan əvvəl ocaq qalandığını və bu ocaqətrafında müxtəlif izlərin olması ölkəmizin qədimliyinə, tariximizin zənginliyinə əyani bir sübutdu.

Çox böyük təəssüflə vurğulamaqistəyirəm ki, Sovetlər dönəmində digər abidələrimizə olan laqeyd münasibət Azıxmağarasından da yan keçməmişdi. Bu laqeydlikdən istifadə edən düşmənlərimiz, yəniermənilər öncə mağaranın adını dəyişib onu erməniləşdirməyə, yəni"Azof" kimi yazmağa, tarixə əlavəetməyə cəhd göstərdilər, daha sonramağaradakı tapıntıların ermənilərə aid olduğunu aid etdilər. Hətta bu məsələətrafında müəyyən fikirlər yaratmağaçalışmışdılar. Professor Məhəmmədəli Hüseynov bu barədə bizimlə söhbətlərində dəfələrləvurğulamışdı ki, onun "erməni tarixini saxtalaşdırmaqda günahlandırıb, həttapartiya üzvliyi məsələsini gündəmə gətirmişdilər".

Bəli, yaxşı ki, tariximizin,alimimizin, elimizin qədrini bilən, ona dəyər verən millət fədailəri, millətsevənlərimiz var. Məhz onların köməkliyi, onların dəstəyi professor MəhəmmədəliHüseynovu erməni böhtanından, erməni şərindən xilas edə bilmişdi.

Bu gün həmin o söhbətlərixatırlayanda yadıma ermənilərin hələ 1960-cı ildən Azıxa olan iddialarını1989-cu ildə daha böyük, daha açıq şəkildə gerçəkləşdirmək uğrunda apardıqlarıişğalla yekunlaşması düşür. Bəlli olur ki, məkrli düşmən tariximizə uzatdığı qara əlinə hələki Azıxın"yaxası" keçib. Amma bu tarix həmişə təkrar olunduğundan biz mütləq oqara əlləri kəsəcək, Azıxın qədimliyinin Azərbaycana məxsus olduğunu özünə qaytaracağıq.

(Ardı növbəti sayımızda)

ƏBÜLFƏT MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.