adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Iyul 2019 14:48
30016
GÜNDƏM

«AZƏRYOLSERVİS» ACS-nin SƏDRİ CƏNAB SALEH MƏMMƏDOVA

Bakıdan Astaraya Avropa standartlarına uyğun gözəl bir yol çəkilib. Sürücügünahı olmasa , bu yolda heç bir qəzamümkün deyil. Həm də Bakı-Astara arasındakıməsafə 50 kilometrə yaxın azalıb. Ordan da iki yol ayırılır üzü dağlara – biri Yardımlıya, biri də Lerikə. Hər ikisi də rahat bir yoldu. Dövlətvətəndaşlarının rahatlığı və təhlükəsizliyi üçün lazımi qədər pulayırıb, «Azəryolservis» ASC-nin işçiləri dəöz üzərlərinə düşən işin öhdəsindən ləyaqətlə gəliblər.

Düzdür, dağ yollarıolduğuna görə hərdən uçqunlar olur və dərhal da aradanqaldırılır.

Tanrı heç vaxt görə bilməcəyimiz cənnəti Lerik və Yardımlının timsalında elə bu dünyadabizə bəxş edib. Və burda turizmiinkişaf etdirmək həm bölgənin dahada inkişafı üçün, həm də əhalinin işlə təminatı üçün böyük bir rol oynaya bilər vəaz-çox da belə məkanlar var, özü də yüksəksəviyyədə fəaliyyət göstərir.

Yardımlı ilə Lerikin arası45 kilometrdi və ara yol var – dağlardan,meşələrdən keçir. İndi həmin yol asfaltlaşdırılır. Yardımlıdan Bilnə kəndinə asfalt çəkilir. Bu kənd məşhur jurnalist Elşad Paşasoyun kəndidir. Lerikin də Yardımlıya sonuncu kəndi olan Xanagaha rayon mərkəzindən yol çəkilir. Orda da bir Bülüdül kəndi var . Bu kənddə də çox gözəl mineral bulaq var – Turşsu. Qismət olub mən də o bulağın gözündənsu içmişəm.

İndi Bilnə ilə Xanagahınarasındakı 3,15 kilometr yol – bir su içim məsafədi, hələ ki əvvəlki kimi qalır. Bu da Leriklə Yardımlı arasındakıgediş-gəlişə çox böyük maneçilik törədir.

Bu məsələ ilə əlaqədar Elşad Paşasoy bir neçə dəfə mətbuatda çıxış elədiyindən mən təkrareləmək istəmirəm.

Üzümü «Azəryolservis» ASC-ninsədri hörmətli Saleh Məmmədova tuturam.

Hörmətli Saleh müəllim,ölkəmizin yol infrastrukturunda çox böyük işlər görülüb və bu işdə kollektivinizin də böyük əməyi var. Buna görə sizə də, kollektivinizə də təşəkküredirəm. Və xahişim də odur ki, Leriki Yardımlıya birləşdirən o 45 kilometr yolun artıq 42 kilometrə yaxınını yüksəksəviyyədə tikmisiniz. Birləşmə üçünqalıb 3,15 kilometr. Bu da «Azəryolservis»inəlində bir su içimdi. Həmin məsafənində plana salınması üçün Lerik və Yardımlıcamaatının mənə müraciətini sizə çatdırmaq istədim.

İnanıram ki, tezliklə həmhər iki rayonun camaatını, həm də o gözəl yerləri görmək istəyən qonaqları sevindirəcəksiz.

Hörmətlə:

Aqil ABBAS,

Millət vəkili