“Azərsun Holdinq”in “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festivalına dəstək verib - FOTOLAR
İnsanlarda tullantıların düzgün idarə olunması, çeşidləmə vərdişlərinin təşviqi və ekoloji məsuliyyətli davranışın formalaşdırılması məqsədi ilə təşkil olunan festivalın əsas dəstəkçilərindən biri də “Azərsun Holdinq”dir.
Adalet.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə toplanan plastik, şüşə tullantılar və işlənmiş batareyalar müvafiq emal müəssisələrinə göndərilərək ətraf mühitə zərərin azaldılmasına töhfə verəcək.
Aksiya zamanı iştirakçılar ümumilikdə 6585 litr plastik butulka, 562 litr şüşə tullantı və 1026 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə ediblər. Toplanan tullantılar növlərinə uyğun şəkildə çeşidlənərək yenidən emal prosesinə cəlb edilib.
Festival müddətində tullantıların təkrar emalı, resursların səmərəli istifadəsi və ətraf mühitin mühafizəsinin əhəmiyyəti ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub.
“Azərsun Holdinq” gələcəkdə də ekoloji layihələrdə fəal iştirak edərək dayanıqlı inkişaf, təmiz ətraf mühit və məsuliyyətli istehlak vərdişlərinin formalaşdırılmasına töhfə verməyi davam etdirəcək.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

