“Azərsun Holdinq”in təşəbbüsü ilə milli mətbuatın 150 illiyinə həsr edilmiş sayt hazırlanıb
Milli mətbuatın 150 illiyi ilə əlaqədar müxtəlif layihələr reallaşdıran “Azərsun Holdinq” bu mövzuda sayt hazırladıb.
Adalet.az xəbər verir ki, ilin əvvəlində təqdim edilmiş təqvim dəsti çərçivəsində həyata keçirilən layihə Azərbaycanın mətbuat tarixinin müxtəlif dövrlərinə işıq tutaraq, mətbu orqanlarının inkişafı və cəmiyyətə verdiyi töhfələr barədə ətraflı məlumatları oxuculara təqdim edir. Təqvim üzərindəki QR kodunu skan etməklə, hər kəs asanlıqla bu sayta daxil ola və orada adları qeyd olunan mətbuat orqanları haqqında məlumat əldə edə bilər. Saytda, həmçinin həmin mətbu orqanlarının nəşrində müstəsna rolu olan görkəmli şəxsiyyətlər, publisistlərlə bağlı qısa məlumatlar da mövcuddur.
Təqvim “Əkinçi” qəzeti ilə başlayaraq, Azərbaycanın mühüm mətbuat orqanlarını sırasıyla təqdim edir. “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Füyuzat”, “Kaspi”, “Dəbistan”, “Lək-lək”, “Hümmət”, “Açıq söz” və ən sonda “Həyat” qəzeti ilə tamamlanır.
Qeyd edilib ki, bu təqvim layihəsi “Azərsun Holdinq”in qurucusu Abdolbari Gozalın təşəbbüsü ilə həyata keçirilib.
Məlumatda bildirilib ki, əvvəlki illərdə də “Azərsun Holdinq” sosial layihələri çərçivəsində müxtəlif mövzulara həsr olunmuş təqvim dəstlərini ictimaiyyətə təqdim edib. Bu layihələr arasında 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizə, ümummilli lider Heydər Əliyevin 100 illiyinə, Azərbaycan rəngkarlıq sənətinin inkişafına, habelə Azərbaycan ədəbiyyatının zəngin ənənələrinə həsr olunmuş təqvimlər xüsusi yer tutur. Bu təqvim dəstləri, həm də Azərbaycanın mədəni və tarixi irsinin qorunub saxlanmasında mühüm rol oynayır.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

