“Azərsun Holdinq” “Üçüncü Bahar”a dəstək verəcək
“Azərsun Holdinq” sosial məsuliyyət ənənələrinə sadiq qalaraq cəmiyyət üçün əhəmiyyətli layihələrə dəstəyini davam etdirir. Şirkətlər qrupu bu dəfə yaşlı insanların sosial rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyəti ilə tanınan, adıçəkilən qeyri-hökümət təşkilatına dəstək göstərəcək.
Layihə çərçivəsində ölkənin aparıcı qida şirkətlərindən biri olan “Azərsun Holdinq”, “Üçüncü Bahar”ın fəaliyyəti üçün lazım olan zəruri qida məhsulları ilə təmin edərək ahıllar üçün yaradılan sosial mühitin davamlılığına töhfə verir. Bu dəstək yaşlı insanların gündəlik həyatında daha keyfiyyətli və rahat şəraitin formalaşmasına xidmət edir.
“Üçüncü Bahar” İctimai Birliyi 2017-ci ildən etibarən yaşlı insanların həyat keyfiyyətinin yaxşılaşdırılması və onların cəmiyyətə fəal inteqrasiyasının təşviqi istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərir. Təşkilat 9 illik fəaliyyəti dövründə 45 mindən çox yaşlının həyatına toxunaraq onlara ümid, sevinc və yeni imkanlar bəxş edib.
Digər Xəbərlər
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
03 Aprel 2026 13:40
“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir - FOTOLAR
03 Aprel 2026 12:05
“Bu modelin beynəlxalq səviyyədə yayılmasının əsas səbəbi...”
03 Aprel 2026 11:46


Bakı -°C

