“Azərsun Holdinq” mükafata layiq görüldü

“Azərsun Holdinq” 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş konfransda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” nominasiyası üzrə təltif olunub.
Adalet.az xəbər verir ki, bu mükafat şirkətin əməyin mühafizəsi istiqamətində uzunmüddətli və sistemli fəaliyyətinin, təhlükəsiz iş şəraitinin təmin olunması və əməkdaşların rifahına verilən önəmin bariz nümunəsidir. Mükafat “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bəyə təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Azərsun Holdinq”in əməyin mühafizəsi üzrə qabaqcıl təcrübəsi, həmkarlar ittifaqları ilə səmərəli əməkdaşlığı və müasir texnologiyaların tətbiqi sahəsində atdığı addımlar yüksək qiymətləndirilib.
Konfrans çərçivəsində “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən müzakirələrdə ölkəmizdə qəbul edilən “Süni İntellekt Strategiyası”nın inklüziv məşğulluğa və yeni əmək vərdişlərinin formalaşmasına verəcəyi töhfələr vurğulanıb. Tədbirdə həmçinin “Süni intellekt və rəqəmsallaşma dövründə əməyin mühafizəsi”, “Şərqdə və Azərbaycanda ilk kollektiv müqavilə - 120 il”, AHİK-in “Layiqli Əmək Səfirləri” və "AHİK Plus" layihələrini əhatə edən videoçarxlar təqdim olunub.
Digər Xəbərlər

Çadralı qadınla bağlı videonu yayanın kimliyi bilindi - Polisə çağırıldı

Səbinə Əliyeva “Amnesty International”a etiraz məktubu ünvanladı

Kamran Əliyev yenidən Baş prokuror TƏYİN OLUNDU

Azad edilmiş ərazilərdə daha 381 mina aşkarlandı

İlham Əliyevdən 1,5 milyon manatlıq SƏRƏNCAM

Naxçıvanda yeni təyinatlar

Xocalı soyqırımı ilə bağlı 210 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb
