“Azərsun Holdinq” Moskvada keçirilən sərgidə iştirak edir - FOTOLAR
Yerli məhsulları dünyanın 40-dan ölkəsinə “Made in Azerbaijan” şüarı ilə ixrac edən “Azərsun Holdinq” 3-7 fevral tarixlərində “Prodekspo” sərgisində iştirak edir.
Adalet.az xəbər verir ki, “Bizim Tarla”, “Saville”, “Zeytun bağları”, “Shokki Mokki” və digər milli markaların təqdim edildiyi stend ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Rusiya bazarına yeni təklif olunan “Feel True” markası xüsusilə qonaqların diqqətini cəlb edib. Adıçəkilən marka artıq 4 ildən artıqdır ki, ölkəmizdə sağlam həyat tərzinə üstünlük verənlərin əsas seçimlərindəndir.
Qeyd edək ki, Bakıda və bölgələrdə 30-dan artıq istehsal müəssisəsi yaratmış “Azərsun Holdinq” 20 mindən artıq insanı daimi iş yeri ilə təmin edir və ölkəmizin ixrac potensialının artırılmasında mühim rol oynayır.
Digər Xəbərlər
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23


Bakı -°C

