02 Fevral 2016 18:12
2005
MƏMLƏKƏT

"Azərlotereya" bilet satışından 10 milyon manata yaxın gəlir əldə edib

2015-ci ildə "Azərlotereya" ASC tərəfindən keçirilmiş lotereya oyunları üzrə 26 913 153 ədəd lotereya bileti satılıb.

 

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, lotereya biletlərinin satışından 27 684 254 manat vəsait əldə olunub. Bu vəsaitin 17 997 972 manatı uduş fonduna sərf olunub ki, bu da satış həcminin 65%-ni təşkil edib.

 

Belə məlum olur ki, uduş fonduna yönəldilən vəsaiti çıxsaq, "Azərlotereya" bilet satışından 9 686 282 manat əldə edib.

 

Ötən il "Azərlotereya" ASC tərəfindən keçirilmiş lotereya oyunlarında 156 avtomobil və 21 "Cek Pot" ("Cek Pot"ların ümumi məbləği 1 562 630 manat) udulub. Bu "Cek Pot"lardan ən iri məbləğlər "5/36" lotereyasının 1253-cü tirajında - 205 370 manat, "6/40" lotereyasının 825-ci tirajında - 159 305 manat və "Super Loto"nun 118-ci tirajında - 196 000 manat qazanılıb.

 

Şəffaflığın təmin olunması məqsədilə tirajlar televiziyada nümayiş olunub, qaliblər haqqında ətraflı məlumat KİV vasitəsilə ictimaiyyətə çatdırılıb.