"Azəriqaz"ın bu idarəsində işçilər kütləvi ixtisar edildi - VİDEO

Masallı rayonunda bir qrup vətəndaş işdən çıxarılmalarına etiraz edir.
Adalet.az İTV-yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, onların işlədikləri Lənkəran Rayon Qaz İstismarı İdarəsinin Masallı rayon xidmət sahəsi tərəfindən heç bir xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilib və onlara heç bir kompensasiya ödənilməyib.
Şikayətçilər bildiriblər ki, bu sahədə 9 ildir çalışıblar və fəaliyyətlərində hər hansı nöqsan olmayıb.
Məsələ ilə bağlı Lənkəran Regional Qaz İdarəsinin Masallı rayon xidmət sahəsindən bildirilib ki, şikayət edən şəxslər onların deyil, DOST Mərkəzinin işçiləridir.
Qurumdan verilən məlumata görə, qeyd olunan şikayətlər araşdırılıb və əməkdaşların xəbərdarlıq edilmədən işdən çıxarılması ilə bağlı iddialar əsassız hesab edilib.
Digər Xəbərlər

Çadralı qadınla bağlı videonu yayanın kimliyi bilindi - Polisə çağırıldı

Səbinə Əliyeva “Amnesty International”a etiraz məktubu ünvanladı

Kamran Əliyev yenidən Baş prokuror TƏYİN OLUNDU

Azad edilmiş ərazilərdə daha 381 mina aşkarlandı

İlham Əliyevdən 1,5 milyon manatlıq SƏRƏNCAM

Naxçıvanda yeni təyinatlar

Xocalı soyqırımı ilə bağlı 210 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb
