adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Dekabr 2019 15:40
13575
GÜNDƏM

“AzerGold” nümayəndələri Daşkəsəndə sakinlərlə görüşdü

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsi 26 dekabr tarixində Daşkəsən rayonunda səfərdə olub.

"AzerGold"dan verilən məlumata görə, cəmiyyətin Çovdar filiz emalı sahəsinin yaxınlığında yerləşən Quşçu və Çovdar kəndlərində sosial ehtiyacların müəyyənləşdirilməsi məqsədilə Daşkəsənrayon İcra Hakimiyyətinin nümayəndəsi və bələdiyyə sədrinin də iştirakı ilə sakinlərlə görüş keçirilib. Hər iki kəndin orta məktəblərində təşkil edilən görüşlərdə çıxış edən Komitənin sədri, "AzerGold" QSC-nin sədr müavini Xəyyam Fərzəliyev Cəmiyyətin sosial siyasəti və bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib. X.Fərzəliyev yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində gələn ildə də bir neçə layihənin həyata keçiriləcəyini bildirib.

Daha sonra kənd sakinlərinin sosial problemlərlə bağlı çıxış və təklifləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Komitə sədri müraciətlərin hərtərəfli araşdırılması və müvafiq addımların atılması üçün tapşırıq və tövsiyyələrini verib.

Qeyd edək ki, Cəmiyyətin KSM siyasətinin tətbiqinin əsas məqsədi əhalinin həssas hədəf qruplarına yönəlmiş təşəbbüslər və layihələr vasitəsilə ölkədə sosial və dayanıqlı inkişafa dəstək verməkdir. KSM komitəsinin nümayəndələri sosial ehtiyacların hərtərəfli araşdırılması üçün kənd sakinləri arasında vaxtaşırı sorğular təşkil edirr və aztəminatlı ailələrin həyat şəraiti ilə yaxından tanış olmaq məqsədilə onlarla mütəmadi olaraq görüşür, evlərinə baş çəkirlər.