26 Noyabr 2019 13:13
16854
MƏMLƏKƏT

“Azərçay” və “Bizim Tarla” markaları Lənkəran III "Çay, çəltik, sitrus festivalı"ndan iştirak edib

"Azərsun Holdinq”ə məxsus özünün "Azərçay”və "Bizim Tarla” markaları Lənkəran "Çay, çəltik, sitrusfestivalı"ndan iştirak edib. Lənkəran şəhəri İcra Hakimiyyətinin başçısıTaleh Qaraşov, millət vəkili və müxtəlif xarici ölkələrin Azərbaycandakıdiplomatik missiyalarının nümayəndələri bu markaların stendlərini ziyarət edərəkməhsullardan dadıblar və müəssisələr barədə məlumatlar alıblar.

Hər iki markaya məxsus stendlər festivalziyarətçiləri tərəfindən də böyük marağa səbəb olublar.

Azərbaycanın ixrac potensialınınartırılması və yerli məhsullarımızın dünya bazarlarına çıxarılmasına böyük əhəmiyyətverən "Azərsun Holdinq” çayçılıq təsərrüfatını daha da inkişaf etdirmək, Azərbaycançayının şöhrəti dünyaya yaymaq istiqamətində müxtəlif yerli və beynəlxalq layihələrreallaşdırır.

Masallı, Lənkəran, Astara rayonlarındayerli fermerlərdən ən çox çay satın alan Şirkət eyni zamanda özünə məxsus çayplantasiyalarının sahəsini ildən ilə daha da genişləndirir. Nəticədə"Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraqinsanların sosial-rifah halının yüksəlməsinə mühüm töhfə verilir. Azərbaycanınilk milli markası "Azərçay” markasının artıq dünyanın 40-a yaxın ölkəsinəixracı həyata keçirilir.

Ən son texnologiyaların tətbiqi ilə yerli tam təbii məhsullardandan hazırlanan"Bizim Tarla” markası yerli istehlakçıların sevimli seçiminə çevrilməklə bərabərölkəmizin hüdudlarını aşaraq xarixi bazarlarda da yerini möhkəmlindərməldədir."Bizim Tarla” məhsullarının əsas özəlliyi, onların ölkəmizdə yetişdirilən seçməmeyvə və tərəvəzlərdən hazırlanması, yüz faiz təbii, şəkərsiz və konsentratsızolmasıdır.