Yenə polis...
Polis həmişə millətin çətin, ağır günündə xalqın yanında olub, insanlara öz köməkliyin göstərib.
Bunu kim bilməsə də, həmin adamlar o köməkliyi heç vaxt unutmurlar.Amma bəzən unudanlar da olur. Bax bu, istər- istəməz bizi narahat edir.Lakin əksəriyyət polisi çox istəyir. Mayın 30- da saat 8:55 dəqiqədə metronun " Koroğlu" stansiyasında bir qız özünü pis hiss edirdi.
Bunu metroda xidmət aparan polis əməkdaşı hamıdan tez gördü və qıza öz köməkliyin göstərərək oturacaqda əyləşməsinə yardım etdi.Qıza su və dərman verildi. Beş- on dəqiqədən sonra qız özünə gəldi və demək olar ki, normal duruma qayıtdı.
Qız özünü lap yaxşı hiss etdi və həkimə ehtiyac olmadı. Özünü yaxşı hiss edən qız polis əməkdaşına, eləcə də ona kömək edən digər insanlara təşəkkür edib, növbəti qatara minərək mənzil başına yola düşdü... Bax yenə polis dar gündə vətəndaşın köməyinə çatdı!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

