"Azercell" genişmiqyaslı layihəyə start verdi

Abunəçilərinin dinamik şəkildə artan ehtiyaclarını nəzərə alan "Azercell" ölkə boyunca 4G (LTE) şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə daha bir irimiqyaslı layihəyə start verib.
Adalet.az xəbər verir ki, bu proqram çərçivəsində növbəti 18 ay ərzində 300-dən çox yeni baza stansiyanın quraşdırılması və 1600-ə yaxın mövcud stansiyanın təkmilləşdirilməsi nəzərdə tutulur. Beləliklə, ölkənin aparıcı mobil operatorunun LTE stansiyalarının ümumi sayı 3200-ü ötəcək.
Layihənin icrası nəticəsində "Azercell"in 4G şəbəkəsinin tutumu Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% artacaq! Bu da, öz növbəsində, abunəçiləri yüksək ötürülmə sürəti, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də sosial şəbəkələr, multiplayer oyunları, interaktiv onlayn proqramlar, videokonfranslar, video zənglər və bir çox digər rəqəmsal həlləri özündə cəmləşdirən multimedia xidmətlərinə sürətli çıxış imkanı ilə təmin edəcək.
"Azercell"in şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi işğaldan azad edilmiş əraziləri də əhatə edir. Vətənə geri qaytarılan torpaqlarımızda ilk mobil infrastrukturu qurmağa müvəffəq olan Azercell, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri öz şəbəkəsi ilə əhatə edib. Qeyd olunan rayonlarda Azercell artıq 80-dan çox baza stansiyası quraşdırıb və bu istiqamətdə apardığı işləri planlı şəkildə davam etdirməkdədir.
Onu da qeyd edək ki, operator ötən il 4G (LTE) yüksəksürətli mobil interneti Bakı Metropoliteninin bütün stansiya və tunellərində əlçatan edib.
"Azercell" öz infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsinə sərmayə yatırmağı davam edəcək. Bu, şirkətə Azərbaycan bazarında yeni nəsil texnologiyaların tətbiqi üçün zəruri platformanı təmin etməyə imkan verəcək. Eyni zamanda,"Azercell" aktiv şəkildə telekommunikasiya sənayesinin ən son tendensiyalarına cavab verən məhsul və rəqəmsal həlləri ərsəyə gətirməyi davam edir.
Digər Xəbərlər
22 Oktyabr 2025 12:13 Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq
20 Oktyabr 2025 16:22 “Bakcell” bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək!
17 Oktyabr 2025 19:49 Həyəcan dolu anlar - daha bir “Zeekr 001” qalibi bəlli oldu!
15 Oktyabr 2025 13:40 "Bakcell" abunəçiləri üçün həyəcanlı anlar- Növbəti “Zeekr 001” avtomobilinin qalibi sən ola bilərsən
14 Oktyabr 2025 20:45 İnstaqrama yeni qayda gəlir
14 Oktyabr 2025 11:32 "Bakcell" lotereyasında 2-ci "Zeekr 001" səni gözləyir!
13 Oktyabr 2025 16:25 Böyük Britaniyada “TikTok”un işçiləri kütləvi ixtisar oluna bilər
13 Oktyabr 2025 15:32 

Bakı -°C 






