Azərbaycanlı şagird Yunanıstanda gümüş medal qazandı - FOTO
Yunanıstanın Qədim Olimpiya şəhərində Beynəlxalq İqtisadiyyat Müsabiqəsi keçirilib.
Adalet.az-ın məlumatına görə, müsaibəqədə 18 ölkədən 97000 şagird arasından seçilən 85 şagird iştirak edib.
Azərbaycan komandasın təmsilçilərindən, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəb şagirdi Əli Zeynallı gümüş medala layiq görülüb.
Qeyd edək ki, İqtisadiyyat Müsabiqəsinin Beynəlxalq Final Turunda Azərbaycan komandası yüksək nəticələr göstərən məktəb, regional, milli turlar və intervyular əsasında seçilən şagirdlərdən ibarət idi. Müsabiqənin məqsədi Azərbaycanda iqtisadi savadlılığı artırmaq və orta məktəb şagirdləri üçün iqtisadi bilikləri əlçatan etməkdir.
Müsabiqədə şagirdlər iqtisadi biliklərini artırmaqdan savayı, eyni zamanda müxtəlif ölkələrdən olan şagirdlərlə ünsiyyət zamanı fərqli mədəniyyətlər ilə yaxından tanış olma imkanı da əldə etdilər.
Müsabiqənin Azərbaycanda reallaşmağı üçün dəstək olan İqtisadiyyatın Əsasları Təşəbbüsü (EFI) və müsabiqənin ölkədə təşkilatçısı İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) növbəti illərdə iştirak etmək istəyən şagirdlərin aktiv iştirakını dəstəkləyir.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

