Azərbaycanlı müğənni Rusiya teatrında çıxış edəcək
Martın 22-dən 26-dək Rusiya Böyük Teatrında Cüzeppe Verdinin "Don Karlos” operası nümayiş etdiriləcək.
Adalet.az-ın teatrın saytına istinadla məlumatına görə,səhnə əsərində Don Karlos obrazını martın 23-də və 25-də azərbaycanlı tenor Yusif Eyvazov canlandıracaq.
Əlcəzairdə dünyaya göz açmış Yusif Bakıda böyüyüb. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 1997-ci ildə İtaliyaya köçən musiqiçi Plasido Dominqo, Luçano Pavorotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərini dinləyib.
Y.Eyvazov dünya şöhrətli ifaçı Anna Netrebko ilə ailəlidir. Cütlük 2015-ci ilin dekabrında Vyanada ailə həyatı qurub. Bu, Annanın ikinci nikahıdır. O, bundan əvvəl Ervin Şrotla evli olub və ondan Tyaqo adlı bir oğlu var.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52