adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Fevral 2017 15:20
3320
HADİSƏ

Azərbaycanlı diaspor rəhbəri həbs edildi

Rusiyanın Moskva vilayətində azərbaycanlı diaspor rəhbəri həbs olunub.

Adalet.az "Life”-a istinadən xəbər verir ki, Moskva Vilayəti üzrə Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin rəhbəri Qalib Ağayev dələduzluq ittihamı ilə saxlanılıb.

Məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarıb.

Məlumata əsasən yanvar ayında Qalib Ağayevə qarşı mənimsəmə ittihamı ilə cinayət işi açılıb. Onun 2015-ci ildə 600 min rubl məbləğində büdcə vəsaitini mənimsədiyi bildirilib.

Qeyd olunuv ki, Qalib Ağayev "Rusiya türkiyəli və azərbaycanlı məktəblilərin gözü ilə" layihəsi çərçivəsində Rusiya Təhsil Nazirliyindən "Russkiy mir" fonduna ayrılan 600 min rubl məbləğində pul alıb.