Azərbaycanla Braziliya arasında 11 sənəd imzalanacaq
"Ölkələrimiz arasında uzaq məsafənin olmasına baxmayaraq, əməkdaşlığımızın möhkəmləndirilməsi üçün tərəflər səylərini əsirgəmirlər. Bunun üçün ilk növbədə hüquqi bazanın möhkəmləndirilməsi zəruridir”.
Bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Braziliya Deputatlar Palatasının sədri Rodriqo Maya ilə görüşdə deyib.
O bildirib ki, bugünədək ölkələr arasında 7 sənəd imzalanıb, 11 sənəd üzərində iş davam etdirilir: "Ötən il Azərbaycanla Braziliya arasında ticarət dövriyyəsinin həcmi 171 milyon ABŞ dollar olub. Əlbəttə ki, bu göstərici bizi qane edə bilməz. Birgə səylərimizi artıraraq, bu rəqəmi qat-qat yüksəldə bilərik. Bu baxımdan, qarşılıqlı biznes-forumların keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılması məqsədəuyğundur”.
O.Əsədov qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: "Artıq fəaliyyət göstərən iri transmilli neft və qaz kəmərləri bunun əyani sübutudur. Gələcəkdə Azərbaycan qazının böyük həcmdə Avropaya daşınması üçün yeni layihələrin həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir”.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47