Azərbaycanın tamhüquqlu iştirakçı olduğu elan edildi
Bu gün qardaş xalqlarımız üçün həqiqətən də tarixi bir gündür. Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik.
Adalet.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya + Azərbaycan” formatında iclasında bildirib.
Şavkat Mirziyoyev qeyd edib: “Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbul etdikləri üçün bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümü bildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm”.
Digər Xəbərlər
03 Mart 2026 18:21
Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
03 Mart 2026 15:06
İlham Əliyevdən alternativ enerji mənbələri ilə bağlı açıqlama
03 Mart 2026 15:05
"Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq"
03 Mart 2026 15:04
"Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır" - Dövlət başçısı
03 Mart 2026 15:03
"Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik" - Prezident
03 Mart 2026 13:24
“Biz bu ədalətsizliyə məruz qalanda heç kim onu aradan qaldırmadı...”
03 Mart 2026 12:46
Vüqar Mustafayev Ankarada Yaşar Gülərlə müzakirələr apardı
03 Mart 2026 12:41


Bakı -°C

