"Azərbaycanın qonşuluğunda da qeyri-müəyyənlik var" - Prezidentin köməkçisi
Hazırda Cənubi Qafqazın bütün regional mənzərəsi dəyişib. Sülh gündəliyinin təşəbbüskarı Azərbaycandır və bu təşəbbüsün müəllifi Prezident İlham Əliyevdir.
Adalet.az xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O vurğulayıb ki, Azərbaycan regional sahiblik nümayiş etdirir, regionda yeni siyasi reallıqlar yaradır. Bu isə strateji uzaqgörənliyin nəticəsidir. Hazırda Azərbaycan üçün iqtisadi diplomatik bağlantılar mühümdür. Bura bərpaolunan enerji, nəqliyyat əlaqələri, həmçinin əldə olunmuş sülhün möhkəmləndirilməsi və qorunması da daxildir. “Çünki regionda, eyni zamanda, bütün dünyada qeyri-müəyyənlik hələ də kifayət qədər yüksəkdir və bu, Azərbaycanın bilavasitə qonşuluğunda da baş verir”, - deyə Hikmət Hacıyev bildirib.
Digər Xəbərlər
02 Oktyabr 2026 12:09
"Üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır" - Nazir
02 Oktyabr 2026 11:44
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura xərclənən 28 milyard manatdan danışdı
02 Oktyabr 2026 11:34
"Azərbaycan nadir ölkələrdəndir ki..." - Prezident
02 Oktyabr 2026 11:33
"Biz heç vaxt onlar kimi ola bilmərik" - İlham Əliyev
02 Oktyabr 2026 11:25
"Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik" - İlham Əliyev
02 Oktyabr 2026 11:22
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Azərbaycan lideri
02 Oktyabr 2026 11:21
"Xarici siyasətimizi elə qurmalıyıq ki..." - Prezident
02 Oktyabr 2026 11:21


Bakı -°C

