Azərbaycanın Misirdəki səfiri etimadnaməsini prezidentə təqdim edib
Azərbaycanın Misirdəki səfiri Tural Rzayev bu ölkənin prezidenti Əbdülfəttah Sisi tərəfindən qəbul edilib.
Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, T. Rzayev etimadnaməsini Ə. Sisiyə təqdim edib. Azərbaycanın qədim dövlət ənənələrinə malik olduğunu, Şərqdə ilk respublika qurduğunu, müstəqil siyasət yürütdüyünü, regionda aparıcı və güclü dövlət olduğunu vurğulayan səfir əsas missiyasının Misir və Azərbaycan arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməsi olduğunu bildirib.
Ə. Sisi də öz növbəsində Misirin Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib. O, T. Rzayevə fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Misirin xarici işlər naziri, Prezident Aparatının məsul şəxsləri iştirak ediblər.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47