adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Sentyabr 2014 20:12
11010
GÜNDƏM

Azərbaycanın Litvadakı səfirliyi hərəkətə keçdi


"Litvaparlamentinin Daliya Kuodite adlı deputatının Ermənistanla yanaşı Azərbaycanın işğal altındaolan ərazilərinə də səfər etməsi bu ölkənin özündə də ciddi ictimai qınağa və tənqidəsəbəb olub". Bunu APA-yaaçıqlamasında Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə deyib.

 O qeyd edib ki, faktla bağlı Litvaparlamentinin vitse-spikeri, parlamentin xarici əlaqələr komitəsinin sədri,xarici işlər nazirinin müavini ilə görüşlər keçirib: "Bütün görüşlərdəLitva ilə Azərbaycan arasındakı dostluq münasibətləri xüsusi olaraq vurğulanıb.Litva hökumətinin və parlamentinin rəhbərləri, ziyalılar, ölkənin aparıcı mediaqurumları, millət vəkilləri bu səfəri qətiyyətlə pisləyirlər. Onların hər birimənimlə də görüşlərdə Azərbaycanın Litva üçün önəmli tərəfdaş olduğunuvurğulayır, bu səfəri qınadıqlarını bildirirlər. Və xüsusi vurğulayırlar ki, busəfər xanım Daliya Kuoditenin öz şəxsi maraqlarını Litva dövlətininmaraqlarından üstün tutmasının nəticəsidir".

 

H.Məmmədzadə qeyd edib ki,Litvanın 15 tanınmış ictimai təşkilatı bu səfərə etiraz olaraq birgə bəyanatlaLitva prezidentinə müraciət etməyə hazırlaşır.

 

Səfirin bildirdiyinə görə, ermənimediasında bu səfər və heyətlə bağlı yazılanlar "şoudan başqa birşey" deyil: "Bu gün Litva parlamentinin vitse-spikeri bu səfərin necəbaş tutması barədə yerli mətbuata da geniş açıqlama verib. O bildirib ki, builin iyul ayında iki deputat Ermənistana səfərə getmək üçün parlamentin müvafiqkomitəsinə icazə almaq barədə müraciət ediblər. Araşdırmadan sonra səfərproqramında həm də Azərbaycanın işğal edilmiş ərazilərinə getmək da daxiledildiyi və bunun parlament rəhbərliyindən gizlədildiyi üzə çıxıb. Buna görə dəparlament xətti ilə səfərə icazə verilməyib. Deputatlara işğal altındakıərazilərə səfər edilməsinin Azərbaycanın narahatlığına səbəb olduğu bildirilib.Parlament rəhbərliyinin apardığı danışıq nəticəsində deputatlardan birisəfərdən imtina edib. Xanım Daliya Kuodite isə öz şəxsi maraqlarını daha üstüntutaraq, özəl səfər edib".