23 Noyabr 2017 11:59
71666
ƏDƏBİYYAT

Azərbaycanın ən yaxşı gənc şairi - SORĞU

İndi gənclərin şeirəaxını güclüdür. Hətta bizim xalqa şair xalq deyirlər. Bu mənada əlinə qələmalan gənclər şeir yazırlar. Ədəbiyyatımızda da en qədər gənc şair var. İmzasınıtəsdiq edən bir neçə şair də həmçinin.

Adalet.az yazıçı,şairlərə sorğu ünvanlayıb – Azərbaycanın ən yaxşı gənc şairi kimdir?


Yazıçı SəfərAlışarlı: "Mən gənc şairləri diqqətlə izləyə bilmədiyimüçün kiminsə adını deməyə çətinlik çəkirəm.”













Şair Vaqif Bəhmənli: "Təəssüf ki, son onildə poeziyaya gələn gənc şairlərdən hər hansı birinin mətbuatda işıq üzü görənelə bir şeirini oxumadım ki, bir oxucu kimi məni sehrləsin, heyrətləndirsin,ayağımı yerdən üzsün... Bu baxımdan hələ ki, mənim bəyəndiyim sonuncu gənc şairAqşin Yeniseydir. O, böyük şairdir, filosofdur, poeziyanın bədii düşüncə əsasındayaradılan elm olduğunu bilir. Yaş - şərti məsələdir, Aqşinin şeirləri XXI əsrdəbizim poeziyada meydana çıxan ən parlaq əsərlərdir. Mən ona şeirlə fasiləsiz, RəşadMəcid demişkən, dəlicəsinə həmrəylik arzu edirəm. "





Yazıçı Murad Köhnəqala: "Bir şair deyə bilməyəcəm.Çünki şeirlərini bəyəndiyim gənc şairlərimiz çoxdu. Dərhal yadıma düşənləri deyəcəm.Aqşin Yeniseydi, Şəhriyar Del Geranidi, Aqşin Evrəndi, Oğuz Ayvazdı. Ancaq şeirlərindədaha çılğın, daha gənc, yenilikçi olan yaşlı nəslin nümayəndələrindən HəmidHerisçinin, Rasim Qaracanın, Sevinc Elsevərin və Nərmin Kamalın şeirlərini dəçox sevirəm.”







Yazıçı Şərif Ağayar: "İlk ağlıma gələnlərSevinc Elsevər, Şəhriyar del Gerani, Aqşin Evrən, Fərid Hüseyn, ElvinBakiroğlu, Alik Əlioğlu oldu... Başqa dəyərli imzalar da var.”








Yazıçı EtimadBaşkeçid: "Sualdan belə çıxır ki, yaxşılarımız çoxdur, bizindi ən yaxşını müəyyələşdirmək istəyirik. Mən şairləri "yaxşı” və "ən yaxşı” kateqoriyalarınabölməyin tərəfdarı deyiləm. Sadəcə, şair olan və olmayan var. Təxminən onayaxın gənc sənətkar var ki, şeirlərini məmnuniyyətlə oxuyuram. Onları bir-birsadalamağa ehtiyac yoxdur məncə, onsuz da, hamımız tanıyırıq.”





Yazıçı Nəriman Əbdülrəhmanlı:"Mən yardıcılığayaş həddilə qiymət vermirəm. Elə yaradıcılar var ki, 60-70 yaşlarında da gənclikruhunu quruyub saxlayırlar. Gənc yaşında həyatdan şikayətlənənlər də az deyil.Məndən ötrü mətn əsasdı. Mətnin də yaşı olmur.”





Yazıçı Varis Yolçuyev: "Mən səkkiz ad çəkməkistədim, sonra seçim edib cəmi ikisini saxladım: Aqşin Evren və Bahar Zamanova.”










Şair Aqşin Yenisey: "Maraqlı şeir yazangənclərimiz çoxdur, amma hələ ki, özünün şair obrazı ilə diqqətimi cəlb edənlərinhansı olduğunu seçməkdə çətinlik çəkirəm. Şair obrazı dedikdə rəngbərəngpaltarlar geyinib səy-səy statuslar yazan, bığı-saqqalı ilə eşələnən tipləri nəzərdətutmuram. Ətrafına, dünyaya özünün şair münasibəti olan, üstünə getdiyi ölümləri,xoşbəxtlikləri özü üçün ayırd edə bilmiş obrazı nəzərdə tuturam. İstedad səskimi bir şeydir, yaş problemi var, müəyyən yaşdan sonra bata bilər. Özünüistedadın "cibxərcliyindən” sonrakı mərhələyə hazırlayan gənc şair adı çəkməkdəçətinlik çəkirəm. Amma bir xanım var, yeni oxuduğum, bilmirəm gəncdir, ya məndənyaşlıdır, amma mən yeni oxumuşam. Bahar Zamanova, məncə, onu bir xeyli tənqidedib böyük ədəbiyyata təhvil vermək olar.”'



Yazıçı Pərviz Cəbrayıl:"Bahar Zamanova.Çünki onun nə şair olmaq fikri var, nə də şeir olsun deyə şeir yazır. İddiası olmadan heyrətləndirə bilir.








Şair Cəlil Cavanşir:"Gənclər arasındadiqqətimi çəkən maraqlı imzalar çoxdur. Amma "gənc şair" təqdimatınısevmirəm. Şeir yazmağa başlayan şəxsə, şeirdən, mətndən anlayan şəxsə "gəncşair" başını tumarlamağın əleyhinəyəm. Yaşına görə məndən cavan olan şairlərvar, onlara da gənc şair yox, elə şair kimi münasibət göstərirəm. Məndən gəncolan və mənim diqqətimi çəkən imzalar var. Hamısının sözünün çəkisi, sambalıvar. Yeni şeir oxumaq istəyəndə, Qismətin, Şəhriyar del Geranin, FəridHüseynin, Aqşin Evrənin, Fəridə Uğurun, Orxan Bahadırsoyun, Rəşad NağıMustafanın , Günel Şamilqızının, Cahan Xanımın, Oğuz Ayvazın, Bahar Zamanovanınşeirlərini oxuyuram.”