adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Sentyabr 2014 12:45
7423
MƏDƏNİYYƏT

Azərbaycanın daha bir qədim məskəni UNESCO-ya düşə bilər

Tovuz bölgəsində tədqiqatlar aparan Azərbaycan – Yaponiyabeynəlxalq arxeoloji ekspedisiyasızamanı kəşf edilmiş Cənubi Qafqazın ən qədim neolit məskəni – Hacıələmxanlı yaşayış məskəninin UNESCO-nunMədəni İrs Siyahısına daxil edilməsiüçün müraciət olunacaq.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeolojiekspedisiyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru, Fərhad Quliyev yerli KİV-əmüsahibəsində bildirib.

 

F. Qululev qeyd edibdir ki, tədqiqatlarzamanı məskəndən aşkar edilmiş qalıqların üzərində Tokio Universitetindəaparılmış son radiokarbon analizlər Hacıələmxanlı yaşayış məskəninin e.ə. VIIminilliyin ortalarına aid olduğunu göstərmişdir. Bununla da Hacıələmxanlıyaşayış məskənini nəinki Azərbaycanda, həmçinin, Cənubi Qafqazda 9 min illikyaşı olan, yəni, neolit dövrünə aid ən qədim yaşayış yeri kimi səciyyələndirməkolar.

 

Qazıntı zamanı əldə edilmiş materiallarəsasında yürüdülən ilkin ehtimallara görə, çiy kərpiclərdən inşa edilmiş plandadairəvi evlərdən ibarət neolit dövrünə aid erkən qəsəbələr düzənlikdəyaradılmış, daha sonralar isə, müxtəlif səbəblərdən (ekoloji adaptasiya,təhlükəsizlik, müdafiə və d.) məskənlərin inşası təbii və süni təpələr üzərindəaparılmışdır. Sonunculara misal kimi, Hacıələmxanlı məskənindən təqribən 1kilometr şərqdə yerləşmiş Göytəpə neolit məskənini göstərmək olar. Qeyd edəkki, Göytəpə arxeoloji kompleksindən əldə edilmiş əmək alətləri və tikinti-inşaattərübəsi ilə müqayisədə Hacıələmxanlı məskəni göstərilmiş parametrlər üzrə dahasadə və primitiv formaları nümayiş etdirir. Beləliklə, Hacıələmxanlı məskəninintədqiqatları, geniş miqyaslı baxışda, bölgədə primitiv formadan təkmilsəviyyəyədək inkişaf xəttinin mövcudluğu, yəni genetik ardıcıllıq və təkamülbarədə nəticə çıxarmağa əsas verir.