adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Avqust 2019 10:04
9962
GÜNDƏM

AZƏRBAYCANIN BİRİNCİ XANIMI

Azərbaycantarixini gözdən keçirəndə diqqəti çəkən məqamlardan biri də ölkənin nüfuzluxanımları olub. Bu xanımlar həm tarixi şəxsiyyət kimi, həm sənət, söz, incəsənətxadimləri kimi, həm döyüşçü, cəngavər kimi, həm də sədaqətli ömür-günyoldaşları kimi millətə təkcə şərəf vermir, həmdə nur bəxş edir. Bir vətəndaş olaraq oturub düşünürsən və düşünə-düşünədə gözünün önündən keçirirsən... Dədə Qorquddan üzü bəri yol gəlirsən... BurlaXatunu, Sara Xatunu, Nüşabə xanımı, Mömünə Xatunu, Məhsəti xanımı, Natəvanxanımı,... Və hələ böyük ədəbiyyatda böyük simalardan biri olan Tomrisi...düşünürsən. Sonra da görürsən ki, bu sıra zaman-zaman yenilənir... bu cərgəzaman-zaman şərafətlənir...bu düzən illərlə öz davamlılığını zənginləşdirir...

Bəli,bu, tarixin bir anına ötəri baxışdır... bu, tarixin yaddaşına atüstü səfərdir...həm də bu, tarixin özünü silkələyib kimlərəsə onun səsini eşitdirməkdir. Yənihay-küy salmadan, çığır-bağır etmədən bir xalq, bir dövlət olaraq "aslanın erkəyi,dişisi olmaz” prinsipinin dönməzliyini qoruyub saxlamışıq. Özü də bunu kiməsəgöstərmək üçün yox, sadəcə bunu görüb dərketmək üçün xatırlatmışıq. Deməli, busuyun başlanğıcı minilliklərdən axıb gəlirsə, onun qarşısını kimsə kəsibdayandıra bilməz. Bu, tarixin təkrarı, həm də davamı deməkdir. Deməli, bir günöncə, yəni avqust ayının 26-da Onun doğum günü idi. 1964-cü il avqust ayının26-da dünyaya gəlib. Özü də bu təkcə adi doğum günü yox, həm də yubiley rəqəmidir.Qoşa beşlərin sırası həm də bir xanımın keçdiyi həyat yolunun zaman-zamanuğurlara imza atmasının ifadəsidir. Ona görə də bu imza sahibinin keçdiyi yolubir anlıq özümüz üçün təkrarlayaq...

Mehribanxanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti olana qədər Azərbaycanınictimai-siyasi həyatında çox böyük ilklərə imza atıb. Onun rəhbəri olduğu Heydər Əliyev Fondu Azərbaycanıdünyaya çıxaran, tanıdan böyük güc mərkəzi idi. Bu gün də həmin mərkəz məhzMehriban xanımın ilklərinə imza atdığı uğurlarını şaxələndirir, genişləndirir.Biz Azərbaycanın Birinci xanımının Pakistanda, Cənubi Afrikada, İtaliyada,Fransada, ABŞ-da, Rusiyada, eləcə də neçə-neçə məmləkətlərdə keçirilənizdihamlı tədbirlərin, bərpa olunan tarixi abidələrin, kimsəsiz uşaqların, məktəblərin,xəstəxanaların... bir sözlə, böyük xeyirxahlıq və millətlərarası yanaşmaya, əməkdaşlığasöykənən tədbirlərin müəllifi olduğunu yaxşı bilirik.

Bu günAzərbaycanda Mehriban xanım Əliyevanın mədəniyyətimizin ən böyük dayaqlarındanolan ədəbiyyata, incəsənətə göstərdiyi qayğını hamı görür və bilir. Sənətadamlarının müalicəsinə, mənzil təminatına, maddi durumunun yaxşılaşdırılmasınayönəlik tədbirlərin müəlliflərindən biri də məhz ölkənin Birincivitse-prezidentidir. Azərbaycan muğamının yenidən həyata qayıdışının, dünyaarenasına çıxışının xeyir-duasını da məhz Mehriban xanım Əliyeva veribdi. Ölkəninmüxtəlif ünvanlarında, hətta ən ucqar kəndlərində belə tikilən məktəb, xəstəxanabinalarının fəaliyyət vəsiqəsini də Mehriban xanım imzalayıbdı.

Əgərdiqqət yetirsəniz böyük bir qaçqın ordusunun sığındığı Azərbaycanda qaçqın və məcburiköçkünlər üçün yaradılan şərait, salınanqəsəbələr öz sahiblərinə təqdim edilərkən Mehriban xanım həmin insanları necəürəklə təbrik edib onların qonağı olduğunu görərsiniz. Eləcə də hərbçilərimizə,müharibə veteranlarına, şəhid ailələrinə həssas yanaşmasının özündə belə onunbir xanım lider kimi həm təmkinli, həm də qətiyyətli olduğunu izləməkmümkündür.

Bu günBakıda və dünyanın müxtəlif ünvanlarında keçirilən ən mötəbər tədbirlərdə,telekanallarda Mehriban xanımın məzmunlu və əsaslandırılmış çıxışları da onunyüksək intellektinin bir göstəricisidir. Xüsusilə tolerantlıq məsələsindəMehriban xanımın fəaliyyəti birmənalı şəkildədanılmazdır. Vatikanda, Parisdə, Moskvada, elə Bakının özündə onun dinxadimləri ilə görüşləri, məsələlərə yanaşması heyrət doğurur. Mehriban xanımƏliyevanın Gəncə İmamzadəsində, Şeyx Nizaminin türbəsində, Bakı kəndliləri iləgörüşlərində ən böyük məscidlərin yenidənqurulmasında, yenilərinin tikilməsində göstərdiyi diqqət və dəstək Onun inanclıinsanların hər birinin qəlbini fəth etməsi deməkdir.

Bu gündünyanın ən böyük, ən diqqətçəkən orden və medallarına, fəxri adlarına layiqgörülən, yəni Heydər Əliyev ordenli, Fransa Respublikasının "Fəxri LegionZabiti”, Rusiyanın, UNESKO-nun, eləcə də bir çox ölkələrin ən nüfuzlutitullarını qazanan Azərbaycanın Birincivitse-prezidenti həm də ölkənin sıravi vətəndaşlarınınümid yeri, inam yeridir. Heç kəs Ona müraciət etməkdən, Ondan dəstək ummaqdan çəkinmir.Ölkəmizdə hamı bilir ki, Mehriban xanım Əliyeva ölkə prezidentinin ən böyükdayağı olmaqla haqqın, ədalətinyanındadır. O, Azərbaycan üçün, Azərbaycan xalqı üçün cənab prezident İlhamƏliyevlə çiyin-çiyinə işləməklə uğurlara yol açır.

Tarixinhər dönəminin öz qəhrəmanı var. Bugünkü tariximizin sevilən, dəstəklənən vəinam bəxş edən qəhrəmanı da Azərbaycanın Birinci vitse-prezidenti Mehribanxanım Əliyevadır. Biz də bu ölkənin birvətəndaşı olaraq Mehriban xanımı doğum günü və yubileyi münasibəti ilə təbrikedir, ona can sağlığı, həmçinin Azərbaycan naminə daha böyük uğurlar diləyirik.Təbrik edirik, Mehriban xanım!

ƏbülfətMədətoğlu,

Əməkdarjurnalist