05 Oktyabr 2022 11:00
2097
HADİSƏ

Azərbaycandan, keçmiş postsovet məkanlarından və dünyadan "silinən" Lenin- FOTOLAR

Sovet dövründə bütün postsovet məkanı olan respublikaların hamısında SSRİ-nin yaradıcısı, Rus-sovet imperiyasının simvolu kimi dəyərləndirilən Vladimir İliç Leninin büst və heykəlləri təxminən bütün küçə və meydanları bəzəyirdi. Sovet respublikaları müstəqillik əldə etdikdən sonra bir çoxu imperializmi xarakterizə edən heykəlləri sökməyə başladı.

Məsələn, bizim ölkəmizdə “26-lar”ın, Karl Marksın , Caparidzenin, Kirovun, Məşədi Əzizbəyovun heykəlləri 1990-cil 20 yanvar faciəsindən sonra qismən söküldü. Rəsmi məlumatlara görə, Azərbaycanda Leninin heykəllərinin sayı ümumilikdə 40-dan artıq olduğu deyilir. Amma bu fakt mənə inandırıcı gəlmir.

Снесенный памятник

Təkcə bizim balaca bir kənddə Leninin böyük bir heykəli vardı. “Proletariatın rəhbəri” nin Ağdamda - şəhərin mərkəzində də büst və heykəli mövcud idi. Azərbaycanın həmin vaxt 60-a qədər rayon və onlarla qəsəbə və böyük kəndləri vardı . Möcüzə olardı ki, həmin rayon, qəsəbə və böyük kəndlərdə Leninin heykəli ucalmasın. Hələ Bakını hesaba salmıram. Fikrimi möhkəmləndirmək üçün qeyd edim ki, təkcə Ukraynada Leninin 5500 heykəli, büstü olub. Hətta Leninin vətəni Rusiyada 1991-ci ildə 7000 abidəsinin olduğu sənədləşdirilmişdi. Ukraynadan və Rusiyadan ərazicə kiçik olan Azərbaycanda , əminəm, Leninin təxminən 1000 ədəd büst və heykəli ucaldılıb.

Ленінопад в Хмельницком


Ukrayna da müstəqil olandan sonra asta-asta sovet hökumətinə aid olan heykəlləri götürməyə start verdi. Amma 2014-cü ildə Rusiya ilə arasında problemlər yaşanmağa başlayanda “heykəlgötürmə” prosesini sürətləndirdi. 2017-ci ilə kimi heykəllərin çoxu sökülmüş, cəmi 1320-nin qaldığı bildirilirdi. Rusiyanın Ukraynaya hücumundan sonra artıq bu”heykəlgötürmə” prosesi dünya ölkələrinə də sirayət edib.

ForPost - Новости : Незаметная война: как сносят памятники Ленину в российских городах

Adalet.az ru.euronews.com-a istinadən bildirir ki, Finlandiyada keçmiş SSRİ lideri Vladimir Leninin son heykəli sökülüb. Heykəl 1979-cu ildə ucaldılaraq Vladimir İliç Leninin 31 dekabr 1917-ci ildə Finlandiyada olarkən müstəqillik haqqında dekreti imzalamasına ithaf edilmişdi. Estoniyalı memar Matti Varikanın sovet dövründə hazırladığı bu heykəl Kotka şəhərinin mərkəzindən götürülüb. Tallin şəhərinin hədiyyə etdiyi heykəl muzeydə nümayiş etdiriləcək.

Qeyd edək ki,modern.az-ın məlumatına əsasən SSRİ-dən kənardakı Sosialist düşərgəsi ölkələrində isə Leninin 150-dən artıq monumental heykəli yerləşmişdi. Bu heykəllər ən çox Almaniya Demokratik Respublikasında (39), Macarıstanda (37), Çexoslovakiyada (25), Bolqarıstanda (11), Polşada 11), Monqolustanda (3), Kubada (3), Albaniyada (2), Vyetnamda və Rumıniyada (1) idi.

Onların böyük əksəriyyəti 80-ci illərin sonlarında başlayan “məxməri inqilablar” nəticəsində dağıdılıb.
Sovet İttifaqının isti münasibətlərdə olmadığı Qərb dövlətləri də Leninə heykəl ucaltmaq “xəstəliyi”ndən xilas ola bilməyiblər. Bu gün ABŞ-da 6, İtaliyada 3, Meksikada 1, Yunanıstanda 1, İsveçdə 1, Böyük Britaniyada blə 3 abidə var.

 Bu fotolar isə Finlandiyadandır:

 

лєніна повалили у Фінляндії

 Əntiqə Rəşid