Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlanılıb
Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, sənədlərin qəbulu mayın sonuna qədər davam edəcək.
Həcc ziyarətinin qiyməti 4490 dollar olacaq. Qeyd edək ki, ötən il ziyarətin qiyməti 4285 dollar təşkil edib.
Ötən il olduğu kimi, bu il də kvotaların sayı (1400) eynidir.
Digər Xəbərlər
02 May 2024 17:40