Azərbaycandakı zəlzələ bu yollarda çatlar əmələ gətirdi
5 yanvar tarixində gecə saatlarında Azərbaycan ərazisində baş vermiş 6 ballıq zəlzələ zamanı bəzi yollarda çatlar əmələ gəlib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
A.Nəcəfli qeyd edib ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı şəhəri ərazisinə düşən hissəsində 4-5 yerdə çat əmələ gəlib:
"Pirqulu-Dəmirçi və Qızmeydan yollarında bir-neçə yerdə çatlar və sürüşmələr, həmçinin Muğanlı-İsmayıllı yolunda da bir-neçə yerdə çat yaranıb".
Onun sözlərinə görə, hazırda həmin yollara baxış keçirilir.
Digər Xəbərlər
04 May 2024 14:37