Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb
Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb.
Bu barədə AMB məlumat yayıb.
Məlumata görə, yeni pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbinin təsviri, eləcə də nişanın buraxılış ili əks olunub.
Pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyninominallı metal pul nişanına müvafiq olaraq saxlanılıb.
Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyninominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
Digər Xəbərlər
21 Mart 2026 12:48
“Əmək haqqı sisteminin təkmilləşdirilməsinin bir neçə səbəbləri var”
21 Mart 2026 00:16
İtaliya Azərbaycanla əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparır
20 Mart 2026 12:05
Son əmək haqqı artımları kimlərə şamil ediləcək?
20 Mart 2026 09:43


Bakı -°C

