Azərbaycanda yeni doğulan əkizlərdən biri ÖLDÜ
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Adalet.az Oxu.Az-a istinadən xəbər verir ki, rayonunun Hapıtlı kənd sakini Günel Mərdanova sentyabrın 17-də xəstəxanada dünyaya əkiz oğlanlar gətirib.
Əkizlərdən biri Elvin Mərdanov sentyabrın 23-də dünyasını dəyişib.
Körpənin fizioloji sarılığın ağırlaşmasından öldüyü bildirilir.
TƏBİB-dən bildirilib ki, 1999-cu il təvəllüdlü vətəndaş sentyabrın 11-də yalançı doğuş sancısı ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına daxil olub:
“Sentyabrın 17-nə qədər xəstəxanada stasionar müalicə aldıqdan sonra elə həmin gün 39 həftəlik hamiləliklə planlı şəkildə qeysəriyyə əməliyyatı icra olunub. Pasiyentin 2 400 və 3 000 qram çəkilərində əkizləri dünyaya gəlib. Stasionar yatışdan sonra ana və övladları sağlam şəkildə ayın 21-də evə buraxılıblar.
Sentyabrın 22-də isə saat 22 radələrində ailə uşaqların biri üçün yenidən xəstəxananın Təcili Yardım şöbəsinə müraciət edib. Uşağa zəruri tibbi xidmət göstərildikdən və müşahidə altında saxlanıldıqdan sonra stabil vəziyyətdə evə buraxılıb. Ayın 23-də səhər saat 05 radələrində ailə tərəfindən yenidən Təcili Tibbi Yardıma müraciət edilib. Körpə xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib”.
Hazırda ölüm faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparılır.
Digər Xəbərlər
30 Mart 2026 13:22
Sabahın hava proqnozu açıqlandı
30 Mart 2026 10:33
BDU-nun professoru dünyasını dəyişdi
30 Mart 2026 00:30
Şirvanda partlayış oldu, xəsarət alan var - VİDEO
29 Mart 2026 20:12
Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO
29 Mart 2026 18:15
Daha 278 nəfər təhlükəsiz əraziyə təxliyə edildi - VİDEO
29 Mart 2026 17:34
Rasim Balayevlə vida mərasiminin YERİ VƏ VAXTI
28 Mart 2026 23:49
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO + YENİLƏNİB
28 Mart 2026 15:31


Bakı -°C

