Azərbaycanda un bahalaşdı - İqtisadiyyat Nazirliyi məlumat yaydı
Azərbaycanda unun son topdansatış qiyməti məlum olub.
Adalet.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 30-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.50 - 28.20 manat arasında dəyişir. Daha əvvəl bu rəqəm 26 - 28.20 manat təşkil edirdi.
Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC (26 manat 50 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik).
"Dəvəçi-Taxıl" MMC tərəfindən istehsal olunan unun topdan satış qiymətləri əvvəlki göstəriciləri ilə müqayisədə 50 qəpik bahalaşıb.
Bu ilin fevralın 10-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:
"ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.20 manat (10 qəpik baha);
"Anadoluqida" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.40 manat (25 qəpik baha);
"AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (15 qəpik baha);
"KARAT HOLDİNQ" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 - 27.4 manat (15 qəpik baha);
"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.8 manat (20 qəpik baha);
"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.6 manat (25 qəpik baha);
"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.85 manat (25 qəpik baha);
"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.10 manat (40 qəpik baha);
"Qarabağ un" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.90 manat (10 qəpik baha);
"Hazartürk LTD" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;
"Sünbül 2012" MMC, "Avrora" MMC və "Taxıl AQRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (30 qəpik baha);
"SKY AGRO" MMC və "Bakı Taxıl Terminalı" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.1 manat (5 qəpik baha);
"Səma" fərdi firması, "PAK-NUR" FİRMASI, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "Karmen", "Orxan UN", "Xırman", "Dəniz un sənayesi LTD" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (25 qəpik baha).
Digər Xəbərlər
15 Aprel 2026 18:05
Azərbaycanda bu şəxslərin maaşı artırıldı
15 Aprel 2026 17:37
Sosial xərclər hər il artırılacaq - RƏSMİ
15 Aprel 2026 17:29
Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq
15 Aprel 2026 10:52
Azərbaycanda 100 manatlıq əskinazlar yenilənir
14 Aprel 2026 10:51
Azərbaycanda dollarlaşma azalır
14 Aprel 2026 10:38
Ermənistana yük daşıyan qatar Biləcəridən yola düşdü - YENİLƏNİB
14 Aprel 2026 10:10
Artıq bir sıra dövlətlər 35 faizlik hədəfi müəyyənləşdirib – Millət vəkili
13 Aprel 2026 17:02


Bakı -°C

