adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Mart 2023 09:00
3094
LAYİHƏ

AZƏRBAYCANDA SÖZ AZADLIĞI

Əlbəttə, hər bir dövlətin nüfuzu və imici onun demokratik prinsiplərə, söz və mətbuat azadlığına və beynəlxalq hüquq normalarına əməl etməsi ilə formalaşır. Təbii ki, bu gün dünyanı ən çox düşündürən məsələlərdən biri hər hansı ölkənin demokratik, sivil və azad yol tutmasıdır. Bu prinsiplərə cavab verən və şərtləri həyata keçirən ölkələrə dünyanın inkilşaf etmiş məmləkətləri tərəfindən hörmətlə yanaşılır.

Azərbaycan müstəqillik dövrünə qədəm qoyduqdan sonra bütün sahələrdə böyük islahatlar, demokratik və hüquqi islahatlar həyata keçirdi. Yəni, ilk növbədə Sovet dönəmindən qalmış senzura ənənəsi ləğv edildi. Çünki Sovet dönəmində beləydi ki, bütün mətbuat sərt senzuraya məruz qalır, yazılar, mətnlər həmin senzura tərəfindən oxunulur və onların möhürü vurulandan sonra qəzetlər çap edilirdi. Aydındır ki, belə bir mühitdə demokratiyadan, söz azadlığından və eləcə də, pülrealizmidən danışmaq belə olmazdı. Çünki hər şey Sovet rejiminin prinsipinə əsasən həll olunurdu. Senzuradan kənar əgər bir məqalə, bir yazı çap edilsəydi, bax onda həmin qəzet redaktorlarını az qala çarmıxa çəkirdilər.

Amma Azərbaycan zaman-zaman bu qadağaları aradan qaldırdı, müstəqillik əldə ediləndən sonra sərt senzura və sərt rejim tamamilə darmadağın edildi. Qısa zaman kəsiyində Azərbaycanda söz, mətbuat azadlığına «yaşıl işıq» yandırıldı. Hətta müxalifət yönümlü mətbuat orqanlarına belə dövlət tərəfindən maddi yardım olundu ki, onlar çap olunsun, ictimai rəyə yaxın olsun və cəmiyyət tərəfindən qəbul edilsin. Əlbəttə, belə bir mühitin yaradılması yeni fikrin, sözün və məlumatın azadlığı demək idi. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda yüzlərlə yeni mətbuat orqanları yaradıldı və onlar nəşrə başladı. Yəni, kimliyindən asılı olmayaraq çox rahat bir formada qəzet təsis edə bilər və onun nəşrini həyata keçirirdi. Bütün bunlar onu göstərirdi ki, doğrudanda ölkəmizdə sağlam mühit yaradılmış, mətbuatın, sözün və plürealizmin inkişafı üçün dövlət tərəfindən hər cür dəstək verilib. Təkcə mətbuat sahəsində deyil, eləcə də televiziya sahəsində də yeni mərhələ və yeni imkanlar yaradıldı. Dövlət televiziyası ilə yanaşı, neçə-neçə özəl kanalların yaradılmasına və inkişafına icazə verildi. Və həmin özəl kanallar müxtəlif səpkili lahiyələr həyata keçirdi və bu gün də bu lahiyələr həmin kanallar tərəfindən gerçəkləşdirilir. Başqa sözlə demiş olsaq, Azərbacyanda yaradılmış demokratik söz və mətbuat azadlığı çox sürətlə inkişaf etdi.

Bu gün hansı mətbuatı açırsan, orda yüksək vəzifəli şəxslərin belə tənqid edilməsinin şahidi olursan, yəni vəzifəsindən də, tutduğu mövqedən də asılı olmayaraq, istənilən vəzifəli şəxsin nöqsanı və qüsuru varsa, onu tənqid etmək elə də çətin deyil. Amma Sovet dövründə hər hansı naziri tənqid etsəydin, ona görə juranlistin başına olmazın müsibətlər açılardı. Amma indi nəinki nazir, hətta dövlətin daha yüksək vəzifədə əyləşmiş məmurları belə mətbuat orqanları tərəfindən tənqid oluna bilir.

Bu gün Azərbacyanda beş mindən çox qəzet, sayıt və digər informasiya mənbələri qeydiyyatdan keçib. Bununla yanaşı, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə də çox şəffaf bir şərait yaradılıb. Hər hansı insan öz fikir və düşüncələrini nəinki cəmiyyətdə, həm də müxtəlif informasiya vasitələrində azad şəkildə ifadə edə bilir. Buna görə, hər hansı Azərbaycan vətəndaşı nə təzyiqlərə məruz qalır, nə də təqiblərə. Bir sözlə, demokratik və hüquqi dövlətdə fikrini hər bir vətəndaşımız azad surətdə ifadə edə bilir.

Təbii ki, beynəlxalq təşkilatların da Azərbaycanda gedən söz və mətbuat azadlığına münasibəti həmişə müsbət olub. Çünki demokratik və hüquqi dövlətlərin, eləcə də beynəlxalq təşkilatların, o cümlədən BMT-nin və Avropa Birliyinin Azərbaycanla bağlı keçirdiyi monitorinqlər onu deməyə əsas verir ki, ölkəmizdə fikir, söz, məlumat azadlığının və pülrealizmin inkişaf etdirilməsi günün tələblərinə cavab verir və bu istiqamətdə Azərbaycan böyük uğurlara imza atır.

İndi mətbuatımızın, xüsusən də çap mətbuatımızın inkişaf etməsinə ölkə prezidenti tərəfindən çox böyük qayğı və diqqət göstərilir. O da heç kimə sirr deyil ki, dəfələrlə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tanınmış qəzetlərin «Azərbaycan» nəşriyyatına olan borclarını dondurmuş və həmin borcların aradan qaldırılmasına maddi yardım etmişdir. Onu da qeyd etmək istəyirik ki, bu gün ictimai rəyə təsir edən həm müxalif, həm də iqtidar yönümlü mətbuat orqanlarına dövlət tərəfindən böyük dəstək verilir, onlara ildə iki dəfə yüksək məbləğdə vəsait ayrılır. Təbii ki, bu da ölkə prezidentinin və dövlətin çap mətbuatına göstərdiyi çox böyük diqqət və qayğıdır.

Əlbəttə, hər bir yazar, hər bir jurnalist, hər bir müxbir mövzunu qələmə alarkən ilk növbədə dövlətçilik ənənələrinə, demokratik prinsiplərə əməl etməyə borcludu. Ən azından ona görə ki, bu gün ölkəmizdə yaradılmış söz və mətbuat azadlığına görə biz ölkə rəhbərliyinə minnətdarıq. Hətta dövləti və yüksək vəzifəli şəxsləri tənqid edən mətbuat orqanlarına belə bu gün dövlət tərəfindən vəsait ayrılır. Bu vəsait isə bir mənalı olaraq söz və mətbuat azadlığına xidmət eləyir.

Vətəndaşlarımız ictimai yerlərdə, tədbirlərdə, beynəlxalq təşkilatlarda öz fikir və düşüncələrini çox rahat və azad şəkildə ifadə edirlər. Fikrin demokratik və azad şəkildə səsləndirilməsi o deməkdir ki, həmin ölkədə çox sağlam mühit var, insanlara, onların həyat tərzinə, yaşayışına və ünsiyyətinə hörmətlə yanaşılır. Hər hansı vətəndaş, hər hansı insan narazı olduğu dövlət orqanı barəsində prezidentə qədər öz fikirlərini yazıb göndərə bilir. Əgər haqlıdırsa onların məsələləri ədalətlə həll olunur. Mən dəfələrlə bir hadisənin şahidi olmuşam ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev mətbuatda və televiziaydakı tənqidi çıxışa elə həmin an redaksiya verib, məsələ qısa zaman kəsiyində öz həllini tapıb. Bax bu, insanlara, vətəndaşlara və cəmiyyətə olan dövlətin böyük diqqətidir.

İnsan o cəmiyyətdə, o ölkədə özünü rahat və normal hiss edir ki, orada fikir, söz, məlumat azadlığı və pülrealizm var. Belə bir cəmiyyətdə fəaliyyət göstərmək, işləmək insanların daha rahat yaşamasına xidmət edir. Azərbaycanda da müstəqllik dövründən sonra, sözün həqiqi mənasında fikir, söz, məlumat azadlığı və pülrealizm var. Zaman-zaman isə ölkəmiz demokratik prinsiplərə əməl edərək, söz və mətbuat azadlığını qoruyur və onun inkişafına dövlət səviyyəsində böyük dəstək verir.

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.