adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Sentyabr 2018 12:42
79148
MÜSAHİBƏ

Azərbaycanda şair olmaq çox gülməlidir... - MÜSAHİBƏ

Ədəbiyyatda istedadlı imzalardan biri də Alik Əlioğludur. Alik 2000-ci illərdən dövri mətbuatda şeirləri, ədəbi yazıları ilə çıxış edir. "Kamakura" adlı bir kitabın da müəllifidir. Aliklə onun yaradıcılığından, ədəbiyyatdan söhbət açdıq.

Adalet. az şair Alik Əlioğluyla müsahibəni təqdim edir.


-Gürcüstanda doğulmusan. Uşaqlığının bir hissəsi ordakeçib. Gürcüstan yaddaşında necə iz qoyub?

- Gürcüstanikinci vətənimdir. İndi də bir ayağım oradadır, tez-tez gedirəm. Oradadoğmalarım var, qohumlarım var. Uşaqlıq xatirələrim, babamın, nənəmin, əmiminməzarı var. Gürcüstan mənim üçün yaddaşa çevrilməyib, yəni oralar mənim üçünindi də var. 

-Alik, bir şeirin var Fəridəyə yazdığın, o qadınkimdir?

- O şeirinadını bir neçə dəfə dəyişmişəm. Özü də qəribədir ki, heç bir dəfəsində realtanıdığım qadın adları yazmamışam. Bir dəfə Natali olub, bir dəfə Fəridə, birdəfə başqa bir ad. Niyə dəyişdiyimi özüm də bilmirəm. 

-Tez-tez çap olunmursan. Heç vaxtda gündəmyaratmamısan. Səncə yaradıcı adamın gündəmə gəlməyi, cəmiyyəti qıcıqlandırmağıvacibdirmi?

- Sonzamanlar çox az yazıram, çap olunmamağım da bununla bağlıdır. Gündəm xatirinəheç vaxt heç bir söz deməmişəm, heç bir şey yazmamışam. Ədəbiyyat adamlarınında bu cür gündəm yaratmağı yaxşı şey deyil. Cəmiyyəti qıcıqlandırmaq ifadəsininözü anormal səslənir. Normal adam buna niyə getsin ki?! Adamlar tükəndikcə,maraqsızlaşdıqca, balaca uşaq kimi, absurd bir hərəkət edib diqqəti özünəyönəltmək istəyir. Sosial şəbəkədə yüzlərlə ədəbiyyatçı dostlarım var. Axırıncıdəfə nə vaxt onların bir ədəbi yazısına təəccübləndiyimi, həyəcanlandığımıxatırlamıram, lakin demək olar ki, hər gün axmaq statusları ilə, absurdfikirləri ilə, siz demiş – cəmiyyəti qıcıqlandırmağa məqsədlənmiş deyimləri iləqarşılaşıram. Bilirsiniz, əksər ədəbiyyatçılar qarşılarına məqsəd qoyurlar ki,mən şair, yazıçı olacağam. Sonra yaza bilməyəndə depressiyaya düşürlər, bunufaciə kimi qəbul eləyirlər. Özlərini ədəbiyyata fokuslayırlar. Başqa işə getməkistəmirlər və ədəbiyyatda da uğur qazana bilməyəndə, başlayırlar başqa adamlarıqıcıqlandırmağa. 

-Yəqin ki, şeiri də gec yazırsan?! Maraqlıdı, şeiryazmaq üçün xüsusi bir an, yaxud bir situasiya gözləyirsən?

- Şeirinüzərində heç vaxt 1 saatdan çox oturmamışam. Sonralar eyni yazının üzərinəqayıtmağım, düzəlişlər etməyim olub. Şeir yazmaq üçün oturub xüsusi bir an,situasiya gözlədiyim isə heç vaxt olmayıb. Çünki qarşıma şeir yazmaq kimi birmissiya qoymamışam. Yazmaq istəyəndə yazmışam, yazmaq istəməyəndə aylarla bubarədə heç düşünməmişəm də. Ədəbiyyat mənim üçün iş və həyat tərzi deyil.Xüsusən son vaxtlar, ədəbi mühiti ciddiyə almıram. Əksər ədəbiyyatçılarınyaradıcılığı daha çox facebook statuslarına fokuslanıb və cılızlaşıb. Ammaciddi ədəbiyyat mənim üçün bunların hamısından böyükdür. Adamlar Tanrınıözlərinə yaxın tutmaq istədiyi, Allahı cılızlaşdırmaq istədiyi kimi, sözü vəədəbiyyatı da qiymətdən salırlar. Yaxşı ki, Allah da, söz də bu adamlardan çoxyuxarılardadır. 

-İnanırsan ki, poeziya sənin taleyinə çevriləcək?

- İnsantaleyinin tək poeziyadan yox, ümumiyyətlə sözdən ibarət olduğuna inanıram.Laylalardan başlamış, dualara kimi insan sözlərdən ibarətdir və bu sözlərlə öztaleyini qurur. Qarğışlar, dualar, yuxular, hətta gündəlik məişət söhbətləribelə insan həyatının kodlarına qarışır və onun taleyində dəyişiklik etməyəqadirdir. Sözlərin mistikasına inanıram və bu mistika mənim həyatımıngedişatını müəyyənləşdirir.


-Gürcü ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatını necədəyərləndirər, müqayisə edərdin?

- Gürcüədəbiyyatı qərb mədəniyyəti ilə dağ həyatının sintezinə, Azərbaycan ədəbiyyatıisə daha çox şərq mədəniyyətinə söykəndiyi üçün bu iki ədəbiyyat arasında çoxciddi fərq var. Gürcü ədəbiyyatı daha çox temperamentli qafqaz kişisini,Azərbaycan ədəbiyyatı isə öz eşqindən dəli olub səhralara düşən Məcnunuxatırladır. Bizim ədəbiyyat xoş, sakit və əhlikefdir. Gürcü ədəbiyyatıdalaşqan, sərt və narahatdır. Şeir əslində xalqın təcəssümüdür. Biz muğama,segaha saatlarla qulaq asan xalqıq.Gürcü musiqisi isə dağ musiqidir. Ona sakit oturub qulaq asmaq mümkündeyil.


- Necə düşünürsən, şairin əlinə yüksək mövqe, vəzifəkeçsə, qəddarlıq edə bilərmi? Şair məmura çevilərmi?

- Şairin məmuraçevrilməyi nə deməkdir? Məmur zalım adam demək deyil ki. Guya qəddar şairolmur? Tarixdə buna aid onlarla nümunələr var. Şair mələk zad deyil ki. O, həryerdə də işləyə bilər. Şair fəhlə də ola bilər, sürücü də, müəllim də, məmurda. Əslində şairlik insan üçün xüsusi bir status deyil. Yəni şair məmuraçevrilmir, sadəcə olaraq məmur şeir yazır. Ölkəmizdə yüksək mövqe tutan,vəzifədə olan o qədər ədəbiyyat adamları var ki.

-Bizim cəmiyyət şairə layiq olduğu qiyməti verə bilir?

- Bizimcəmiyyət ümumiyyətlə mədəniyyəti, ciddi ədəbiyyatı çox yaxına buraxmır. Onagörə də, layiq olduğu dəyəri də verə bilmir. Ədəbiyyat adamı üçün ən böyükdəyər nədir? Kitablarının satılması. Kitab oxumayan cəmiyyət, təbii ki, kitabalmır. Yəni burada cəmiyyət ədəbiyyat adamına qəsdən yox, sadəcə ona yad olduğuüçün dəyər verə bilmir. Mən ona görə deyirəm, Azərbaycanda şair olub, oturubqonorar gözləmək çox gülməlidir. Ədəbiyyat adamları öz başlarına çarə qılmalı,qeyri-mədəniyyət sektorlarında işləməkdən boyun qaçırmamalı və bununla bərabər,vaxtları olanda şeirlərini yazmalıdırlar. Bizim cəmiyyətdə sən ədəbiyyatı özünəiş seçməməlisən, rayondan çıxıb Bakıya "şair işləməyə” gəlməməlisən. 

-Mənə elə gəlir yeni dünyaya şeir maraqlı deyil. Dünyaüçün yeni trendlər, yeni telefonlar, brendlər daha maraqlıdı. Səncə də şeirdövrünü bitirməyib?

- Yaxşı şeir heç vaxt dəbdən düşmür. Əlbəttə, dəyərlərdəyişir, texnologiya inkişaf edir, yeni avadanlıqlar kəşf olunur, amma inanın,sivil cəmiyyətlərdə onların heç biri ədəbiyyatın ziyanına deyil. Adamlarəvvəllər ədəbiyyatı yalnız kitabdan oxuyurdularsa, indi həmin ədəbiyyatıplanşetlərdən, elektron kitablardan, smartfonlardan da oxuya bilirlər. Əvvəllərbir kitabın dalınca evdən çıxıb kitab mağazasına gedirdilərsə, indi mobiltelefondan həmin kitabların elektron versiyalarını çox rahat şəkildə əldəedirlər. Xüsusən ingilis və rus dillərində nəhəng elektron kitabxanalarmövcuddur.

-Şeirdə ən mühüm nədir? İstedadmı, intellektmi?

- Bunlarınikisi də çox mühümdür. Mütaliəsiz istedad da, istedadız intellektual da həmişəyarımçıqdır.

- Yazmadığın, mütaliə etmədiyin günlərin hayıfını necəçıxırsan? Və ya sənətkar həmişə, müntəzəm yazmalı, oxumalıdırmı?

- Mənim üçün dəyərlər bir az başqadır. Mən yazmadığım,mütaliə etmədiyim günlərə yox, anamı görmədiyim, ailəmlə birgə vaxtkeçirmədiyim, uşaqlarımı sevindirmədiyim günlərə heyifslənirəm. Bu hisslərmənim üçün ədəbiyyatdan çox yuxarıdadır. Əlbəttə, mütaliə vacibdir, zaman-zamanoxumaq, özünü inkişaf elətdirmək lazımdır, amma ömrünü gününü kitaba həsreləmək də ifrata varmaqdır. Ümumiyyətlə hər şeydə fanatizmin əleyhinəyəm.

- Ədəbi mühiti izləyirsənmi? Səncə, əvvəlki kimiqaynar bir mühit varmı?

- Ədəbimühitdən kənardayam, yalnız sosial şəbəkədən izləyirəm. Əksər cavanlarınhay-küyçü olduğunu, şeirdənsə facebook statuslarını daha istedadla yazdıqlarınıgörürəm. Bəziləri gündəm yaratmaq üçün özlərini söydürməkdən də çəkinmirlər.Fərqli görünməyə çalışırlar, amma fərqli olmadıqları üçün görünə bilmirlər.Ciddi ədəbiyyatla məşğul olan, ucuz reklama getməyən çox az adamlar var. SəlimBabullaoğlu var, Məqsəd Nur var, Qismət var, Şərif Ağayar var, Mirmehdi Ağaoğluvar, Fərid Hüseyin var, Cavid Zeynallı var, Ziyad Quluzadə var və başqaları...Bu adamları qorumaq lazımdır.


Söhbətləşdi: Oğuz Ayvaz