Azərbaycanda orta aylıq əmək haqqı azaldı
Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1% artaraq 541,2 manat olub. Amma bu, yanvar-iyul aylarının yekunları ilə müqayisədə 0,2% azdır.
Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% artaraq 1540,3 min nəfər olub, onlardan 880,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 659,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,3%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i tikinti, 7,0%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,1,6%-i maliyyə və sığorta fəaliyyəti,11,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Digər Xəbərlər
28 Aprel 2024 13:12
Mikayıl Cabbarov şirkət prezidenti ilə birgə fəaliyyət imkanlarını müzakirə etdi
26 Aprel 2024 15:51Maaş artımı olacaq - Deputat müjdə verdi
26 Aprel 2024 15:41Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
26 Aprel 2024 15:09Prezident: “Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”
26 Aprel 2024 12:42