Azərbaycanda metapnevmavirusa yoluxma halları qeydə alınmayıb - RƏSMİ
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ölkədə qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət diqqət mərkəzindədir.
Adalet.az xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər gücləndirilib.
Bildirilib ki, ağır gedişli kəskin respirator virus infeksiyalı və qripəbənzər əlamətləri olan xəstələrin laborator müayinəsi aparılır. 2024-cü il və 2025-ci ilin ötən dövrü ərzində aparılan müayinələrin nəticələrinə əsasən, ölkə ərazisində metapnevmavirusa yoluxma halları qeydə alınmayıb.
"Hazırda ölkəmizə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər", - deyə açıqlamada qeyd olunub.
Digər Xəbərlər
19 Fevral 2026 09:30
Bu içki gün boyunca insanı tox tutur - İmsakda tövsiyə olunandır
18 Fevral 2026 10:42
Fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısında dəyişiklik edildi
17 Fevral 2026 15:57
Sevda Həsənova evə buraxıldı
17 Fevral 2026 10:11
Xəstəxanalarda hava nə üçün yoxlanılır? - Səhiyyə Nazirliyi cavab edir
17 Fevral 2026 10:07
Ətraf mühit və sağlamlıq nümunələrinin tədqiqi: RGEM-də nələr yoxlanılır?
16 Fevral 2026 16:48
Sağlam yaşlanmağın 5 sirri - VİDEO
16 Fevral 2026 10:46
Azərbaycanda İİV-ə yoluxma sayı azalıb - RƏSMİ
13 Fevral 2026 12:43


Bakı -°C

