Azərbaycanda ilk dəfə zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatı qapalı üsulla icra edilib
Mərkəzi Gömrük Hospitalının uzman uroloqu Bəhruz Xalıqov və onun komandası tərəfindən 42 yaşlı pasiyent üzərində Azərbaycanda ilk dəfə zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatı laparoskopik üsulla icra olunub. Pasiyent başqa tibb müəssisəsində ginekoloji əməliyat zamanı sağ böyrək kanalının zədələnməsi ilə Mərkəzi Gömrük Hospitalına müraciət etmişdir. Müayinə zamanı pasiyentdə sağ sidik kanalında 4-5 sm-lik defektin olması aşkar edilmişdir.
Müayinədən dərhal sonra Dr. Bəhruz Xalıqov və onun komandası tərəfindən xəstə üzərində qapalı üsulla böyrək kanalı əməliyyatı uğurla icra edildi. Hazırda pasiyent özünü normal hiss edir və əməliyyatdan sonrakı müayinələrin nəticələri normal dəyərləndirilib. Qeyd edək ki, böyrək kanalının laparoskopik üsulla əməliyyatı Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalında icra olunub.
Qeyd edək ki, Dr. Bəhruz Xalıqov 2004-cü ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, 2013-2018-ci illərdə Türkiyə Cümhuriyyəti Sağlık Bilimleri Üniversitesi İstanbul Eğitim ve Araştırma Hastanesində urologiya ixtisası üzrə uzmanlıq təhsili alıb. Əmək fəaliyyətinə 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən "Özel Hospitalist Hastanesi”-ndə uzman uroloq cərrah kimi başlamış və bir il müddətində həmin xəstəxanada uğurla fəaliyyət göstərmişdir.

Hazırda Dr. Bəhruz Xalıqov Mərkəzi Gömrük Hospitalında uzman uroloq kimi fəliyyət göstərir. Həkim barədə daha ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https: https://customshospital.az/behruz-xaliqov/
Digər Xəbərlər
30 Aprel 2024 15:59
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Aprel 2024 15:08Hava dezinfeksiyası dünyanı yeni pandemiyadan qoruya bilər
26 Aprel 2024 13:23