adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Sentyabr 2019 10:54
10020
GÜNDƏM

Azərbaycanda genişmiqyaslı təlimlərin ikinci günü - VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərinə işlənilir.

Müdafiə Nazirliyindən verilənməlumata görə, mürəkkəb radioelektron şəraitdə kəşfiyyat və digər orqanlardan əldə olunan məlumatlar xəritələrdə əks olunur.

Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.