Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.
Həmçinin, nikotin tərkibli elektron siqaretlər də tütün məmulatı hesab ediləcək.
Bununla yanaşı, layihədə qanunvericiliyə aşağıdakı yeni anlayışların da daxil edilməsi təklif olunur:
- Qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək.
- Elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula biləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
30 Dekabr 2025 13:04
Arzu Əliyeva "Rənglərdə yaşanan 10 il" sərgisindən paylaşım etdi
30 Dekabr 2025 13:00
Milli Məclis Prezident və xanımını təbrik etdi
30 Dekabr 2025 12:26
Elektron siqaretlər üçün yeni aksiz dərcələri müəyyənləşir
30 Dekabr 2025 12:26
Elektron siqaretlərin reklamı qadağan edilir
30 Dekabr 2025 12:25
Məişət zorakılığından zərər çəkən şəxslər bu rüsumlardan azad edilir
30 Dekabr 2025 12:24
Bu sözdən qanunsuz istifadə edənlər 800 manat cərimə olunacaq
30 Dekabr 2025 12:22
Bu tələbin pozulmasına görə cərimə müəyyənləşir
30 Dekabr 2025 12:22


Bakı -°C

